Bia.Az

Koronavirusla bağlı MİFLƏR

Gündəm
 13-03-2020, 14:29     347

Koronavirusla bağlı MİFLƏR

bia.az Ümumdünya Səhiyyə Təşkilatının saytına istinadla koronavirusla bağlı bəzi ən yayılmşı mifləri sizə təqdim edir:

1. İsti vanna koronavirusu öldürür.

Bu mifdir. Ən yaxşı profilaktik vasitə əlləri sabun və ilıq su ilə tez-tez yumaqdır.

2. Koronavirus ağcaqanadların dişməsi ilə keçir.

Bu mifdir. Koronavirus hava-damcı və kontakt yolu ilə keçir.

3. Spirt koronavirusdan qoruyur.

Bu mifdir. Spirtlə bədəni silmək və ya spirtli içkiləri qəbul etmək koronavirusdan qorumur. Əksinə spirtli içkilər immun sistemini zəiflədir və insanın viruslara qarşı davamlılığını azaldır. Ağır hallarda spirt və spirtli içkilər zəhərlənməyə səbəb olur.

4. Duzlu su ilə burnu yumaq koronavirusdan qoruyur.

Bu mifdir. Adi soyuqdəymə zamanı burnu duzlu su ilə yumaq zökəmi müalicə etməyə kömək edir. Lakin koronavirusdan bu qorumur.

5. Sarımsaq koronavirusdan qoruyur.

Sarımsaq faydalı və müəyyən virus əleyhinə xüsusiyyətləri olan tərəvəzdir. Lakin koronavirus zamanı onun profilaktik təsiri aşkar olunmayıb.

6. Koronavirusa yalnız yaşlı insanlar yoluxur.

Bu belə deyil. Koronavirusa istənilən yaşda olan insanlar yoluxa bilər. Lakin yaşlı və bəzi xroniki xəsəlikləri (astma, şəkərli diabet, ürək xəstəlikləri) olan insanlarda koronavirusun ağır fəsadların, ilk növbədə pnevmoniyanın, inkişafı riski daha yüksəkdir. Bu qrup nsanlar profilaktik qaydalara diqqət etməlidir.

7. Antibiotiklər koronavirusu müalicə edir.

Antibiotiklər bakteriyaları məhv edir, virusları isə öldürmür. COVID-19 da virusdur və bu səbəbdən antibiotiklər ona təsir etmir.

Lakin koronavirusa yoluxan xəstələrdə bəzi yanaşı bakterial infeksiyalar inkişaf edə bilər ki, bu zaman həkim tərəfindən onlara antibiotiklər təyin oluna bilər.

8. Koronavirusun müalicəsi və profilaktikası üçün hər hansı dərman varmı?

Hal hazırda koronavirusun profilaktikası və müalicəsi üçün heç bir konkret dərman yoxdur. Lakin xəstələrə simptomatik müalicə, ağır hallarda oksigen və ağciyərlərin süni ventilyasiyası təyin olunur.скачать dle 12.1