Bia.Az

HƏRBİÇİLƏRİMİZ DAHA ƏLVERİŞLİ MÖVQELƏRDƏ MÖHKƏMLƏNİB - Əsgərlərimiz erməni hərbçilərini sərhəddən qovdu + VİDEO (Yenilənib)

Gündəm
 27-05-2021, 17:35     203

Azərbaycan Ordusunun hərbçiləri Azərbaycan-Ermənistan sərhədində düşmən əsgərlərini qovub. Bununla bağlı sosial şəbəkələrdə kadrlar yayılıb.

Kadrlardan görünür ki, təxribat törətməyə cəhd edən erməni hərbçilərə lazımi cavablar verilir.

Onların ərazidən qovulmasının kadrlarını təqdim edirik:


***
Dünən sosial şəbəkələrin erməni seqmentində Azərbaycan və Ermənistan hərbçiləri arasında baş verən növbəti davanın videosu yayılmışdı.

Videogörüntülərdən göründüyü kimi, təxribat məqsədi ilə bir qrup erməni əsgəri Azərbaycan postuna tərəf irəliləyərək bitişik əraziyə nəzarəti ələ keçirməyə çalışıb. Eyni zamanda, Azərbaycan hərbçisini mühasirəyə alaraq ona qarşı güc tətbiq etməyə çalışıblar.
Hərbi mənbələrdən mətbuata bildirilib ki, bu hadisə bir neçə gün əvvəl Laçın bölgəsində, Azərbaycan-Ermənistan sərhədinin Zəngəzur istiqamətində baş verib.

Hadisədən dərhal sonra Azərbaycan ordusunun bölmələri adekvat və qəti tədbirlər görüb, bunun sayəsində düşmən bu ərazidən çıxarılıb.
Eyni zamanda, Azərbaycan hərbçiləri bir neçə daha əlverişli mövqedə möhkəmləniblər və əraziləri nəzarətə götürüblər.


скачать dle 12.1