Arxiv

Oxunub:248 / 21 noy 16:39bolge

Məcburi köçkünlərə "qara kağız" paylanılıb - 23 illik işıq pulunu istəyirlər



Məcburi köçkünlərə "qara kağız" paylanılıb - 23 illik işıq pulunu istəyirlər




















Narınclar köçkünlərindən 23 illik "işıq pulu" istənilir

Kəlbəcər rayonunun Narınclar kəndindən olan, hazırda İmişlidəki qış otlağında məskunlaşan məcburi köçkünlərə, elektrik enerjisindən istifadəyə görə minlərlə manat debitor borclarının olduğu barədə bildirişlər gəlib.
Bu barədə Sputnik-in bölgə müxbirinə köçkünlər özləri məlumat veriblər.
Onların sözlərinə görə, həmin bildirişdə ağlasığmaz məbləğ yazılıb: "İşıq idarəsinin işçisi gəlib bildiriş paylayıb. Kiminə 5, kiminə 10, kiminə 12 min manat borc yazılıb. Evlərimizə sayğac qoyulmasa da, "Azərişıq"ın yerli idarəsinin təqdim etdiyi bildirişdə sayğac nömrəsi və sərfiyyat göstəricisi qeyd olunub".
Kəlbəcər Rayon İcra Hakimiyyətinin Narınclar kəndi üzrə nümayəndəsi Gündüz Baxşəlıyev də, Sputnik əməkdaşı ilə söhbətində belə bir bildiriş aldığını deyib: "Mənim adıma da 8 min manat borc yazılıb. İşıq idarəsində bir neçə dəfə olub maraqlanmışam. Verilən cavab bu olub ki, "Qaçqınkom" tərəfindən indiyədək enerji haqqı ödənilməyib. Borc məskunlaşmanın ilk ilindən başlayaraq ta hazırkı vaxtadək istifadə edilmiş enerjiyə görə hesablanıb. Məbləğlərin müxtəlif olması ailə üzvlərinin sayından asılıdır".