Bia.Az

“Türkiyə - Ermənistanın düşmənidir, amma...” - PAŞİNYAN

Siyasət
 11-05-2021, 08:31     274

Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan mayın 10-da parlamentdə müxalifətçi deputatın Ankaraya münasibətlə bağlı sualını cavablandırarkən, bəyan edib ki, Türkiyə Ermənistanın düşmənidir, amma həm də qonşusudur.

Paşinyanın sözlərinə görə, iki ölkə arasında düşmənçilik idarəedilən olmalıdır.

«Əlbəttə, Türkiyə Ermənistanın düşmənidir, tarixən belə formalaşıb. Ancaq vaxtı çatıb ki, bu düşmənçilik idarəedilən olsun… Düşmənçilik idarəedilən olmalıdır və biz, bu yolla gedəcəyik. İdarəolunmaz düşmənçiliyin təzahür etməsinə yol vermək olmaz, günlərin birində bu, patlamalıdır» - Nikol bəyan edib. Ermənistanın hökumət başçısı həm də deyib ki, Türkiyə - bizim düşmənimizdir, amma həm də qonşumuzdur, «düşmənlər isə adətən, qonşu olurlar»
.
Xəbər verildiyi kimi, Ermənistan palamenti mayın 10-da özünün xüsusi iclasında təkrar olaraq, yeni Baş nazirin seçilməsi məsələsinə baxır. Birinci dəfə deputatlar mayın 3-də Paşinyanın namizədliyinə səs verməyiblər.

Nə deyəsən, xəstə tayfanın «naxoş» lideri…скачать dle 12.1