Bia.Az

Yevlax RİH başçısının ailəsi açıqlama yayıb

Cəmiyyət
 7-05-2021, 15:07     363

Yevlax rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin ailəsi ona məxsus evdə asılmış meyitin tapılması haqda yayılan informasiyalara münasibət bildirib.

Ailədən APA-ya verilən məlumata görə, həmin evin Anar Tağıyevə heç bir aidiyyəti yoxdur: “Həmin ev Sovet dövründə 12 sot sahəsi olan ərazidə tikilmiş kiçik bir bağ evidir. Burada heç bir imarətdən söhbət gedə bilməz. Bu ev Anar Tağıyevə yox, onun atasına aiddir".

Qeyd olunub ki, intihar etmiş gözətçi Ruslan Səmədov uzun illərdir, o evdə yaşayaraq qaravolçuluq edib: "Onun ailəsi ilə məişət zəminində problemləri olub və bu səbəbdən də intihar edib".

Ailə hesab edir ki, bunu A. Tağıyevin imarətində ölüm halı kimi təqdim etmək doğru deyil: "Mərhum R. Səmədovun vəfatından istifadə edib məsələni siyasiləşdirmək düzgün yanaşma sayılmır”.

Qeyd edək ki, mətbuatda RİH başçısının Mərdəkan qəsəbəsində, Köhnə Qoşa Qala restoranın arxasında yerləşən imarətində intihar hadisəsinin baş verdiyinə dair məlumat yayılıb.скачать dle 12.1