Bia.Az

AZƏRBAYCANIN RƏSMİ MİLYONÇULARI AÇIQLANDI - İlk yerlərdə qadınlardır + SİYAHI

İqtisadiyyat
 30-04-2021, 21:09     1 704

Index.az iqtisadayyat, maliyyə və biznes portalı Azərbaycanın rəsmi milyonçularının siyahısını tərtib edib. Söhbət bankların və sığorta şirkətlərinin səhmdarlarından gedir. Qeyd edək ki, yalnız bank və sığorta sektorunda hesabatlılığın əlçatan olması araşdırmaya təsirsiz ötüşməyib.

İndex.az hesablama zamanı yalnız saytlarda yerləşdirilən hesabatlara istinad edib. Əsas meyar kimi həmin şəxslərin səhmdar (nizamnamə) kapitalındakı payı götürülüb. Üstəlik, əlavə olaraq oxucular üçün səhmdarların 2020-ci ildə əldə etdiyi dividendlərin həcmi də təqdim edilib. Lakin istənilən şəxs bankın/sığorta şirkətinin hesabatına daxil olaraq onların ötən illər ərzində əldə etdiyi qazanca nəzər sala bilər.
Araşdırmalar göstərir ki, "Premium Bank"ın sahibi Zərifə Həmzəyeva ölkənin ən zəngin səhmdarıdır. O, adıçəkilən bankın səhmdar kapitalına 130.6 milyon manat yatırıb. Ötən il isə "Premium Bank" ona əlavə olaraq 3.3 milyon manat qazandırıb.

Bu şəxsi tanımayanlar üçün qeyd edək ki, Zərifə Həmzəyeva "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovun həyat yoldaşıdır. O həm də "Gazelli" şikrətlər qrupunun təsisçisidir.
Onun rəsmi kapitalının ümumi dəyərinin 133, 9  milyon manat olduğu qeyd edilib.
"AzPolitika.info" nun məlumatına görə, eyni miqdarda kapitala malik iknci  şəxs isə "Bank  BTB"nin rəsmi sahibi Nigar Mehdiyevadır. “Bank BTB” ASC-nin səhmdarları haqda açıq mənbələrdən əldə edilən informasiyaya görə, səhmlərin 75 faizi Nigar İsmayıl qızı Mehdiyevaya, 19 faizi isə Rza İsmayıl oğlu Sadiqə məxsusdur.

Nigar Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlinidir. Onun qardaşı Rza Sadiq də deyildiyi kimi bank səhmlərinin 19 faizinə sahibdir.
İndex.az-ın məlumatına görə, onun bankdakı səhmlərinin dəyəri 130.6 milyon manat, rəsmi kapitalının ümumi dəyərinin 133, 9 milyon manatdır.
Onu da qeyd edək ki, Mehdiyeva Nigar İsmayıl qızı 1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında aspirant olaraq təhsilini davam etdirib, 2002-2004 cü illərdə isə N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzində Tibb elmləri namizədi adını alıb. 2006-ci ildə Onkoloji kafedranın asissenti, 2010-cu ildən isə dosent adını alıb. Moskvada N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzində doktorluq dissettasiyasını müdafiəsi üzrə işini tamamlayaraq tibb elmləri doktoru adını alıb. Süd Vəzi Onkologiyası üzrə aparıcı mütəxəssis olaraq, hazırda II cərrahiyyə şöbəsinin süd vəzisi bölməsinin müdiri, həkim onkoloq kimi fəaliyyət göstərir.
Vaxtilə Hikmət İsmayılov "Bank of Baku" və "AFB Bank"ın səhmlərini alanda mətbuat bu şəxsə bu cür iltifat etmişdi: "Ölkənin ilk milyonçusu...".

Təbii ki, İsmayılov ilk milyonçu deyildi. Bu şəxs haqqında məlumat tapmaq çətindir. Məlumata görə o, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. Yeri gəlmişkən, Hikmət İsmayılov "AFB Bank" və "Bank of Baku"ya toplamda 86.4 milyon manat yatırıb. Təkcə 2020-ci ildə iş adamı iki bankdan 15 milyon manat qazanıb.

Ölkənin tanınmış bankirlərindən olan Eldar Qəribovun, necə deyərlər, bir əli "Unibank"ın üstündədir. İndiyədək investor banka dəfələrlə yatırım edib və son məlumata əsasən, bankın səhmdar kapitalında 108.6 milyon manatı var. O, səhdmar qismində ötən il 9.5 milyon manat qazanc əldə edib. Qəribov həm də bankın Müşahidə Şurasının sədridir.

BİA.AZ
скачать dle 12.1