Bia.Az

“UNUDURLAR Kİ, QARŞILARINDAKI BÖYÜK TÜRK MİLLƏTİDİR!” – “Dünyada sülhə və ədalətə ən böyük xəyanətdir”

Siyasət
 26-04-2021, 10:58     240

“Cozef Bayden Osmanlı imperiyasında 1915-ci il hadisələri ilə bağlı bəyanatında “soyqırım” sözünü işlədən ilk ABŞ prezidenti olaraq Türkiyəyə və müsəlmanlara olan münasibətini açıq şəkildə ortaya qoydu. Bu hərəkətin Ankara ilə Vaşinqton arasındakı münasibətlərə ciddi bir zərbə olacağı qaçılmazdır və dünyada sülhə və ədalətə ən böyük xəyanətdir”.

Bunları millət vəkili, Milli Məclisin Komitə sədri Sadiq Qurbanov ABŞ prezidenti Cozef Baydenin 1915-ci il hadisələrini “soyqırım” adlandırmasına münasibət bildirərkən deyib.

O, xatırladıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu mövzunu ədalətlə araşdırmaq üçün “Birgə Tarix Komissiyası” qurmaqla bağlı çağırış edərək, tarixi bir mövzunu pis niyyətli siyasətbazların, məkirli və qərəzli dairələrin oyun meydanından uzaqlaşdırmaq istədi. “Nə oldu? Özünü demokratik adlandıran ölkələr, başda da ABŞ olmaqla, bu həqiqətləri görməzliyə vurdu və ədalətsiz bir münasibət göstərdi. Artıq gizli niyyətlər ortaya çıxır. Qeyd etmək lazımdır ki, bir əsr bundan öncə baş verən hadisələri heç bir tarixi sənədə istinad etmədən, heç bir beynəlxalq məhkəmə instansiyası tərəfindən təsdiq edilmədən, sadəcə erməni diasporasının təsiri altında yalnış şəkildə təqdim etmək, yanlış olduğu qədər, həm də gülünc və qərəzlidir. Demokratik təfəkkür, dünyaya insan haqlarının ixracatçısı, “ədalətli” bir ölkənin və onun başbilənlərinin çox yaxın bir tarixdə - 30 il bundan öncə Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırıma hələ də ədalətli qiymətin verməməsi qərəzlilik və ikili standart nümunəsi deyil, bəs nədir?”

“Bu, eyni zamanda intibah dövrünə qədəm qoymuş Türkün qarşısını almağa bir cəhddir. Sadəcə bir amili yaddan çıxarırlar: üzbəüz dayandıqları dünya tarixini yazan BÖYÜK TÜRK MİLLƏTİDİR!”, - Qurbanov fikrini tamamlayıb.скачать dle 12.1