Bia.Az

Ağstafa avtomobil aşdı, xəsarət alan var

Bölgə
 12-03-2020, 15:30     395

Ağstafa avtomobil aşdı, xəsarət alan varAğstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"bia.az"in Qərb Mərkəzinin məlumatına görə, qəza Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 460-cı kilometrliyində, rayonun Qırılı kəndi ərazisində qeydə alınıb.

Belə ki, Kürdəmir rayon sakini Xəyyam Əmiraslanovun idarə etdiyi "Ford" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.скачать dle 12.1