Bia.Az

QƏRB UKRAYNANIN ƏLİLƏ RUSİYANI NECƏ SAKİTLƏŞDİRƏCƏK? – "Putin dəliliyin bütün hədlərini aşarsa..."

Gündəm
 13-04-2021, 13:39     279

“Amerika qalib gələrsə, Rusiya dünya çapında Ukraynanın səviyyəsinə enəcək”

SSRİ dağılmamışdan öncə Şərqi Avropa Moskvanın təsir sferasına daxil idi. Sovet İttifqaı çökdükdən sonra Rusiya bu məkanı öz ixtiyarında saxlaya bilməyəcəyini anlayıb geri çəkilməyə məcbur qaldı.

Rusiya NATO-nun Pribaltikanı “götürməsilə” razılaşsa da, Ukrayna, Moldova və Belarusun Qərb düşərgəsinə keçməsilə barışmayacağını hələ 2000-ci ilin əvvələrindən bəyan edirdi. Rusiya bildirirdi ki, NATO-nun sərhədlərinə dayanmasına qətiyyən imkan verməyəcək. Çünki bu, Rusiyanın böyük geostrateji məğlubiyyəti deməkdir.
Rusiya Donbası və Krımı öz əlində saxlamaqla müəyyən geosiyasi imkanlar qazanıb. O, bu imkanları itirməmək üçün Ukraynaya qarşı geniş miqyaslı hücum əməliyyatı həyata keçirməyə belə hazırdır. Rusiya ilə müharibə olacağı təqdirdə Qərbin özünü necə aparacağı isə Ukraynanı narahat edən əsas məsələdir. Belə ki, analitiklər Qərbin Ukraynanı Rusiya ilə yalnız qoyması ehtimalını istisna etmirlər.
Bu mövzuyla bağlı Ukraynanın analitik internet nəşri olan “Glavred” “Qərb Ukraynanın əlilə Rusiyanı necə sakitləşdirəcək” başlıqlı məqalə dərc edib. “AzPoltika.info” həmin məqaləni qısa ixtisarla təqdim edir:
“Qərb və Rusiya arasında böyük geosiyası oyun gedir. NATO-nun Ukraynada daha çox qoşunu olarsa, onda Rusiyanın Ukraynaya qarşı iri miqyaslı müharibəyə cürət etməyəcəyi təminatı da yüksələcək.

Ona görə də Zelenski tamamilə doğru addım ataraq Boris Consonla telefon danışığı zamanı Böyük Britaniyanı və alyansın digər ölkələrini regiondakı fəaliyyətlərini artırmağa çağırıb. Prinsip baxımından bu proses artıq baş verir.
Birincisi, Rusiya kimi NATO-nun da kəşfiyyat vasitələri regionda patrul xidməti göstərir. Rusiya Qara dəniz və Azov dənizindəki vəziyyəti öyrənmək üçün “Su-214” təyyarələrini havaya qaldırır. Ukrayna tərəfdən isə Britaniya və ABŞ-ın kəşfiyyat təyyarələri və həmçinin də Amerikanın “Global Hawk” kəşfiyyat PUA-ları uçuşlar həyata keçirirlər.

İkincisi, Britaniya Ukraynanın Rusiya ilə qarşıdurmasındakı bütün proseslərə aktiv şəkildə daxil olub və Ukraynaya kifayət qədər böyük miqdarda sialh və texnika göndərir.
Üçüncüsü, Ukrayna üçün pozitiv faktlardan biri də Yaponiyanın Ukrayna tərəfindəki barikadada yer almasıdır. Yaponiya “Sea Breeze” və “Birləşmiş güclər” hərbi təlimlərində iştirakını rəsmən təsdiqləyib. Bu, onu göstərir ki, Yaponiya Kuril adalarını geri almaq üçün Rusiyanın ağrılı yerinə basmaq lazım gəldiyini anlayır.
Nəhayət, ABŞ və Qərb Ukraynaya çox şey yatırıb və indi onu əldən buraxmaq olmaz. Dünya hegemonluğu baxımından Ukryana ABŞ-a lazımdır. Əgər amerikalılar Ukraynanı Rusiyaya uduzsalar, onda Rusiya geosiyasətdə ABŞ-ın yerinə keçəcək. Yox, əgər bunun əksi baş verərsə və Amerika qalib gələrsə, onda Rusiya dünya çapında Ukraynanın səviyyəsinə enəcək.
Rusiyanın beynəlxalq hüququ pozan bütün fəaliyytlərindən sonra alyans praktiki olaraq Qara dəniz akvatoriyasında aktivləşib və indi bir gəmi digərini əvəzələyir. Bundan əlavə Polşadakı ABŞ tank diviziyası Ukrayna sərhədinə yollanır.
Bunlarla yanaşı, NATO Baltik ölkələrində zərbə aviasiyası formalaşdırıb və orada yerləşdirilmiş ordu qruplarını bir qədər də gücləndirib (amerikan və alman batalyonlarına fransız batalyonları da əlavə olunub).
İndi əgər Rusiya Estoniya və ya Litvaya qarşı hərbi təxribat törədərsə, o zaman “Bundeswehr” (Almaniya silahlı gücləri) və ya ABŞ ordusuyla toqquşacaq. Belə olan təqdirdə alyansın nizamnaməsindəki 5-ci bənd işə düşəcək. Deməli, Rusiya Estoniyanı zəbt etmək üçün “Bundeswehr”in tank batalyonunu, Litvanı ələ keçirmək üçünsə Amerikanın piyada batalyonunu məhv etməlidir.

NATO-nun regionda güclənməsinin Ukrayna üçün riskli tərəfi Putinin dəliliyin bütün hədlərini aşaraq Donbasa hücum etməsidir. Çünki Rusiya ilə məhz ukraynalıların qanı hesabına müharibə aparılacaq.
Əlbəttə, Rusiyanın təcavüzü baş verəcəyi təqdirdə NATO tərəfindən Ukraynaya patron, silah, təlimatçı və digər lazımi vasitələr veriləcək, amma bu müharibədə Rusiyaya qarşı döyüşən yalnız ukraynalıların özləri olacaq. Bu, Ukrayna üçün ən qorxulu və ən pis variantdır. Ona görə də Putinin ətrafında hücum əməliyyatına əmr edilməsinə imkan verməyəcək adamların olmasına ümüd bəsləyək.

Əlavə etmək lazımdır ki, Qərb liderləri - Bayden, Conson, Trüdo və digərləri Ukraynanı dəstəkləyəcəklərini və ona lazım olan hər şeyi verəcəklərini söyləyirlər. Amma yenə də qarşıdurma zamanı Rusiya ilə döyüşən yalnız ukraynalılar olacaq. Elə bu səbəbdən də Zelenski deyir ki, Rusiya ilə problemi ancaq diplomatik yolla həll etməliyik. O, yaxşı başa düşür ki, bu münaqişədə həlak olanlar ukraynalılar olacaq. NATO bizim əvəzimizə və ya bizimlə birlikdə müharibə etməyəcək.
Digər tərəfdən Qərb Ukraynaya kömək göstərsə də, onu heç vaxt NATO-ya qəbul etməyəcək. Sadəcə olaraq, xəritəyə baxın: Ukrayna hərbi fəaliyyət teatrı, NATO və Rusiya arasında bufer zonasıdır. Elə buna görə də Rusiyayla vuruşan məhz Ukrayna olacaq.
Amerikanlar Ukraynanı Rusiya Federasiyası ilə real müharibə etməyə hazır olan bir ölkə kimi görürlər. Kremlə təzyiq göstərmək üçün hərbi-texniki planda Vaşinqton həmişə Ukraynaya yardım edəcək. Bu isə Kremldə təlaş və həyacan yaradacaq.
Ukraynaya həmçinin, Qərbin əlindəkı dəyənək kimi də baxırlar. Yəni həmin bu “dəyənək” istənilən vaxt Kremli vurmağa hazır şəkildə daim onun başı üzərində duracaq”.скачать dle 12.1