Bia.Az

Naxçıvanda orta maaş nə qədərdir?

İqtisadiyyat
 12-04-2021, 14:48     389

2021-ci il martın 1-nə Naxçıvan Muxtar Respublikasında orta aylıq əməkhaqqı 536,2 manat olub. Novator.az bildirir ki, yerli Dövlət Statistika Komitəsi belə hesabat yayıb.

Rəsmi açıqlamaya görə, 2021-ci ilin yanvar-mart aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı ötən ilin eyni dövrünə nəzərən müqayisəli qiymətlər üzrə 0,6 faiz artıb.

2020-ci ilin ilk üç ayı ilə müqayisədə sənayedə 1 faiz, kənd təsərrüfatında 4,2 faiz (hər iki sahədə müqayisəli qiymətlər üzrə), sərmayə qoyuluşunda 1,1 faiz, informasiya və rabitə xidmətlərində 9,9 faiz yüksəlişin qeydə alındığı vurğulanır.

Qeyd olunur ki, nəqliyyat sektorunda yük daşınması 2020-ci ilin yanvar-mart aylarına nəzərən 0,8 faiz artıb, pərakəndə əmtəə dövriyyəsi 1,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 2,1 faiz (sonuncu iki sahədə müqayisəli qiymətlər üzrə) geriləyib.

2020-ci ilin ilk üç ayı ilə müqayisədə xarici ticarət dövriyyəsində 12,3 faiz, ixracda 0,6 faiz, idxalda 48,2 faiz artımın qeydə alındığı bildirilir.
скачать dle 12.1