Bia.Az

AZƏRBAYCANDAN İRƏVANA UÇAN TƏYYARƏ ERMƏNİSTANI QARIŞDIRDI - Bakı Moskvaya "yox" dedi, erməni diversantlarını geri qaytarmadı! + FOTOLAR

Gündəm
 9-04-2021, 10:18     276

Erməni hərbi əsirləri gətirməli olan təyyarə Bakıdan İrəvana boş gəlib. Bu barədə erməni KİV-ləri məlumat yayıb. Məlumatda deyilir ki, Rusiya sülhməramlı kontingentininin komandanı general-leytenant Rüstəm Muradov təyyarədə tək olub.

Bundan əvvəl baş nazirin mətbuat katibi Mane Gevorkyan fastor.am-a açıqlamasında bir qrup “hərbi əsir”in qaytarıldığı barədə xəbəri təsdiqləmişdi. 

Azatutsyun” radiosu və İctimai Televiziya isə “Erebuni” aeroportundan canlı yayım veriblər. Bu zaman “əsir”lərin yaxınlarının hava limanına toplaşdığı aydın olub. Daha sonra məlumat yayılıb ki, təyyarə boş enib və ardınca canlı yayım dayandırılıb.
Ermənistan mediası rəsmi məlumat ala bilməyib. Bildirilir ki, səlahiyyətli şəxslər telefon zənglərini cavablandırmır.

"Gün ərzində çox maraqlı hadisələr baş verdi. Nikol Paşinyan Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdükdən sonra İrəvanda Rusiyanın baş prokuroru İqor Krasnovu qəbul etdi. Krasnov Azərbaycan prezidenti İlham Əliyevlə görüşmək məqsədilə İrəvandan sonra Bakıya gəldi. Hiss olunurdu ki, Kreml Krasnovu xüsusi missiya ilə Bakı və İrəvana göndərib. Böyük ehtimalla Rusiyanın baş prokuroru “əsirlər” məsələsiylə bağlı danışıqlar da aparıb".

Bunları isə politoloq Elxan Şahinoğlu yazıb.

O, qeyd edib ki, gün ərzində İrəvanda enən təyyarədə erməni əsirlərin geri qaytarılacağı xəbərləri yayılmağa başlandı: "Ancaq Ermənistan baş nazirinin müavininin mətbuat katibi Njde Ovsepyan açıqlama verərək İrəvana enən təyyarənin içində heç bir erməni əsirin olmadığını yazdı. İrəvanda “əsirləri” gözləyərkən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Bin Əhməd Əl-Osaymin ilə keçirilən birgə mətbuat konfransında dedi ki, “hərbi əsirlər mövzusu bağlanıb”. “İsgəndər” və minalanmış ərazilərin xəritəsi məsələsinə aydınlıq gətirmədən “əsirlərin” – erməni diversantların geri qaytarılması Azərbaycanın maraqlarına cavab verməyəcək".

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti ilə görüşdə də Azərbaycanda həbsdə saxlanılan erməni terrorçuların – onları “hərbi əsir” adlandırdı – azad olunması zərurətindən bəhs etmişdi və Putindən kömək istəmişdi. Azərbaycan isə dəfələrlə bəyan edib ki, hərbi əsirlər son nəfərinədək İrəvana qaytarılıb, saxlanılanlar 10 noyabr bəyannaməsinin imzalanmasından sonra Azərbaycan ərazisinə keçən və Qarabağda cinayət törədən terrorçulardır.



BİA.AZ
скачать dle 12.1