Bia.Az

Bakı sakini 1000 ədəd tibbi maskanı satmaq istəyərkən tutuldu

Hadisə
 12-03-2020, 13:49     352

Bakı sakini 1000 ədəd tibbi maskanı satmaq istəyərkən tutulduBakıda qanunsuz tibbi maska satan şəxs saxlanılıb.

bia.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

“Sədərək” ticarət mərkəzindən aldığı tibbi maskaları satmağa çalışan 30 yaşlı şəxs Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılıb.

Məlum olub ki, o, Bakı sakini, 1990-cı il təvəllüdlü Z.Yarməmmədovdur. Polis əməkdaşları tərəfindən onun idarə etdiyi “VAZ-2106” markalı avtomobilə baxış keçirilib. Nəticədə, avtomobildən 1000 (min) ədəd tibbi maska aşkar edilərək götürülüb.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.скачать dle 12.1