Bia.Az

Rusiya düşməndir, Belarus isə düşmənin lakeyi - Leonid Kravçuk

Dünya
 5-04-2021, 01:24     417

Donbas üzrə Üçtərəfli təmas qrupunda Ukrayna nümayəndə heyətinin başçısı Leonid Kravçuk Rusiyanı Ukraynanın düşməni, Belarusu isə Rusiyanın lakeyi adlandırıb.

Ukraynanın birinci prezidenti qonşu ölkələrə bu adları «Savik Şusterin sözünə azadlıq» proqramının efirindən aprelin 2-də verib.

 Fikrini əsaslandırmaq üçün Kravçuk bu faktı önə çəkib ki, Ukrayna prezidenti Vladimir Zelenski və Amerika lideri Co Bayden arasında telefon danışığının olduğu gün Rusiya prezidenti Vladimir Putinlə Belarus prezidenti Aleksandr Lukaşenko arasında da telefon danışığı olub.

Əhatəli məntiqə varmayan Leonid Kravçuk bu əsasla belə fikrə gəlib ki, Moskvanın dostu yoxdur - «ya düşmənləri, ya da lakeyləri» var. Və burada birinci rolu Ukranaya, ikincini isə Belarusa ayırıb.

Kravçukun fikrincə, Ukrayna «hər dəqiqə» müdafiəni və cəmiyytin birliyini möhkəmlətməli, həm də ümummilli maraqlara toxunan məsələlər üzrə mübahisələrə son qoymalıdır.скачать dle 12.1