Bia.Az

Azərbaycan Dünya Bankının hesabatında

İqtisadiyyat
 1-04-2021, 13:19     538

Dünya Bankının Avropa və Orta Asiya regionu üzrə yeni hesabatında ölkələr hökumətin keyfiyyəti baxımından müqayisə edilib. Novator.az-ın məlumatına görə, iqtisadçı Rövşən Ağayev yazır ki, Azərbaycan üzrə qiymətləndirmədə 7 indikatordan 2-si barədə bilgi var: “İndikatorlardan biri dövlət xərclərinin ümumi daxili məhsula nisbətidir. Azərbaycan üzrə həmin göstərici 33,4%-dir. Bu, Cənubi Qafqaz üzə ən yüksək rəqəmdir. Ermənistanın göstəricisi 24,8%, Gürcüstanın göstəricisi 29,1%-dir.

Avropa və Mərkəzi Asiya üzrə orta göstərici 39%-dən bir qədər çoxdur. Orta göstərici Mərkəzi Avropa və Baltik ölkələri üzrə 40,8%, Şimali Avropa üzrə 48,8%, Cənubi Avropa üzrə 42,7% verilir.
Hesabata əsasən, Azərbaycanın dövlət sektorunda məşğulluğun ümumi məşğulluqda payı 23,4%-dir. Bu göstərici digər Cənubi Qafqaz ölkələrinə nisbətən yüksəkdir (Gürcüstan – 14,3%, Ermənistan – 22,2%). Avropa ölkələrinin göstəricisi Azərbaycandakı səviyyəyə yaxındır.

Dövlət sektorunda aşağı və yüksək əməkhaqqının nisbəti, əmək haqlarında gender fərqləri, qadınların dövlət sektorunda məşğulluqda xüsusi çəkisi, dövlət sektorunda çalışanlarda universitet təhsili olanların payı, iqtisadiyyatda 25-64 yaşlı bütün çalışanlarda ali təhsillilərin xüsusi çəkisi kimi göstəricilər barədə hər hansı informasiya yoxdur”.
скачать dle 12.1