Bia.Az

Əhmədli sakinləri təhlükə ilə üz-üzə: - “Uşaqlar hər an quyuya düşə bilər”

Gündəm
 12-03-2020, 12:30     372

Əhmədli sakinləri təhlükə ilə üz-üzə: - “Uşaqlar hər an quyuya düşə bilər”Bakının Xətai rayonunda yerləşən Nəsrəddin Tusi küçəsinin sakinləri təhlükə ilə üz-üzə qalıb.

N.Tusi 21-in sakinləri Cebhe.info-ya bildirib ki, 2 aydan çoxdur ki, su xəttlərinin təmiri ilə əlaqədar həyətdə böyük quyu qazılıb. Borular təmir olunsa da, quyu doldurulmayıb. “Yaşlılar, uşaqlar həyətə düşür, istirahət edir, oynayırlar.

Əhmədli sakinləri təhlükə ilə üz-üzə:

İnsanların hər an bu quyuya düşmək təhlükəsi var. Quyunu Su-Kanal İdarəsi qazıb. Ancaq su borularını təmir edib gediblər, quyu isə ağzı açıq qalıb.

Dəfələrlə 87 saylı Mənzil İstismar Sahəsinə (MİS), İcra hakimiyyətinə müraciət etsək də tədbir görən yoxdur”, - deyə sakinlər bildirib.скачать dle 12.1