Bia.Az

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Göygöl rayonunda vətəndaşlarla görüşüb.

Gündəm
 12-03-2020, 12:00     330

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Göygöl rayonunda vətəndaşlarla görüşüb.Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə martın 11-də Göygöl rayonunda sakinləri fərdi qaydada qəbul edib.

Qəbuldan əvvəl Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə və Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Turani Əliyev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə Göygöl Suvarma Sistemləri İdarəsinin inzibati binasında rayondan olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib.

Müraciətlər əsasən suvarma suyuna tələbatın ödənilməsi üçün yeni boru xətlərinin çəkilməsi, nasos stansiyaların tikintisi, subartezian quyularının Cəmiyyətin balansına götürülməsi, yeni subartezian quyularının qazılması, suvarma kanallarının beton üzlüyə alınması və digər məsələləri əhatə edib.

Hər bir vətəndaşın müraciətini dinləyən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə məsul işçilərə müvafiq tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, eyni gündə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri Rafiq Aslanov Samux rayonunda, Zakir Quliyev isə Goranboy rayonunda vətəndaşları fərdi qaydada qəbul edib, onların müraciət və şikayətlərinə baxıblar.

Atatv.az

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Göygöl rayonunda vətəndaşlarla görüşüb.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Göygöl rayonunda vətəndaşlarla görüşüb.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Göygöl rayonunda vətəndaşlarla görüşüb.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Göygöl rayonunda vətəndaşlarla görüşüb.
скачать dle 12.1