Arxiv

Oxunub:191 / 31 okt 14:58dunya

Ərdoğan "Polad Ələmdar"ın “qələmi”ni qırdı



Ərdoğan "Polad Ələmdar"ın “qələmi”ni qırdı















Daha əvvəllər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təşkil edilən bütün tədbirlərə dəvət edilən Necati Şaşmaz bu dəfə kənarda qalıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Kurtlar Vadisi" serialında "Polad Ələmdar" obrazl ilə məşhurlaşan Necati Şaşmaz 29 oktyabr Cümhuriyyət bayramı münasibətilə prezident Rəcəb Tayyib Ərdoğanın təşkil etdiyi qəbula çağırılmayıb.
Qeyd edək ki, sahibi olduğu "Pana Film"inin "Kurtlar Vadisi Darbe” markasını Türkiyədə hərbi çevriliş cəhdindən (15 iyul 2016-cı il – red.) iki ay əvvəl əldə etmək üçün etdiyi müraciətə görə Necati Şaşmazın barəsində istintaq başlayıb. O, İstanbul Ədliyyə Sarayında ifadə verib.
Bundan başqa, “Ərdoğan” yazılı məzar daşının göstərildiyi serial barəsində istintaq başlayıb.