Bia.Az

“O ƏRƏBLƏRİ TANIMIRAM” - “Azərbaycana hər gələn turist mənim qonağım olası deyil ki...”

Cəmiyyət
 27-03-2021, 15:13     450

“Mənim Azərbaycanda qanunsuz ovla məşğul olduğu deyilən ərəblərlə hər hansı tanışlığım yoxdur, onları tanımıram. Bu mənim haqqımda yazılan növbəti uydurma xəbərlərdən biridir. Yazırlar, qoy, yazsınlar. Bir söz demirəm”.

Bunları "Gununsesi.info" saytına açıqlamasında Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Azərbaycanda qanunsuz ov ovlayan ərəblərin onun qonaqları olması barədə iddialara münasibət bildirərkən deyib.

Nazir deyib ki, Azərbaycan dünyaya açıq dövlətdir və turistlərin gəlməsi də təbiidir:

“Azərbaycana hər gələn turist mənim qonağım olası deyil ki… Kimlərsə yazıb, bir söz demirəm”.скачать dle 12.1