Bia.Az

İKİ TÜRK DÖVLƏTİNİN ORDUSUNUN BİRGƏ TƏLİMLƏRİ – "Gələcəyə qayıdış” + VİDEO

Siyasət
 25-03-2021, 18:07     354

Martın 22-də Özbəkistanın Termiz poliqonunda Türkiyə-Özbəkistan birgə hərbi təlimləri start götürüb.

Bu barədə “Caliber” layihəsinin “Youtube” hesabında yayımlanan “Türkiyə və Özbəkistan Silahlı Qüvvələrinin birgə təlimləri – Gələcəyə qayıdış” adlı təhlilində qeyd olunub.

Təlimlər hər iki ölkənin Müdafiə Nazirliklərinin ikitərəfli hərbi əməkdaşlıq planına uyğun keçirilir və martın 27-dək davam edəcək. İki ölkənin silahlı qüvvələri təlimlər çərçivəsində yaxın döyüş, çətin şəraitdə sağ qalma və digər elementləri məşq ediblər.

Təhlildə Türkiyənin türkdilli dövlətlərlə hərbi sahədə əməkdaşlığı genişləndirməsi, Azərbaycanın da dəstəyi ilə Türk Şurası çərçivəsində atılan mühüm addımlardan bəhs olunub, Özbəkistanın Türkiyənin hərbi sahədəki təcrübəsini öyrənməkdə maraqlı olması və s. ətraflı şərh olunub.


скачать dle 12.1