Bia.Az

ERMƏNİLƏRDƏN NÖVBƏTİ XAİN QƏRARLAR - Separatçı qurumun "parlamenti"nin iclası keçirilib

Cəmiyyət
 25-03-2021, 16:19     438

Bu gün Xankəndində özünü "respublika" adlandıran separatçı qurumun "parlamenti"nin iclası keçirilib."Sputnik-Armenia"-ya xəbər verir ki, iclas zamanı separatçı deputatlar rus dilinin ikinci "dövlət dili" elan olunması haqqında qərar qəbul ediblər. Qanun layihəsinin qəbuluna 27 deputat səs verib, 2 nəfər səsvermədə iştirak etməyib, daha 2 nəfər isə iclasa qatılmayıb.

Separatçı deputatların qəbul etdiyi ikinci qərar qondarma qurumun yeni "ombudsmanının" təyin olunması barədə olub. 22 lehinə, 8 əleyhinə olmaqla erməni separatçıları Geqam Stepanyanı özlərinin yeni ombudsmanı elan ediblər.

Xatırladaq ki, bu vəzifədə olan Artak Bəyləryan qondarma "respublika prezidenti"nin "aparat rəhbəri" təyin olunub.
Qeyd edək ki, Xankəndindəki separatçı ermənilərin bu addımları onların Azərbaycan Respublikasının hüdudları daxilində dinc yanaşı yaşama kimi amalının olmadığını bir daha sübut edir. 

Bu addımlarla onlar müzəffər Azərbaycan Ordusunun Qarabağda növbəti antiterror əməliyyatlarına başlamasını qaçılmaz etməkdədir. Belə görünür ki, aprel-may aylarında erməni separatçılarının burunlarını yenidən ovmaq lazım gələcək...(musavat.com)скачать dle 12.1