Bia.Az

AZƏRBAYCAN ERMƏNİ DİVERSANTLARI QAYTARMAQ ÜÇÜN ÜÇ ŞƏRT İRƏLİ SÜRÜB? - Sensasion detallar üzə cıxdı

Gündəm
 25-03-2021, 01:44     362

Rusiyanın “Kommersant” qəzeti 44 günlük müharibənin bitməsindən təxminən 1 ay sonra ərazilərimizdə cinayət törətmiş və Ordumuz tərəfindən ələ keçirilmiş erməni hərbçilərinin gələcək taleyi barədə məqalə dərc edib.

“AzPolitika.info” xəbər verir ki, Rusiya nəşri Azərbaycan tərəfinin erməni diversantlarını qaytarmaq fikrində olmadığını və onlara ölkə qanunlarının tələblərinə uyğun cəza veriləcəyini bəyan etdiyini xatırladır.

Daha sonra “Kommersant” İrəvanda Azərbaycanın sözügedən şəxslərin qaytarılması üçün 3 şərt irəli sürdüyünə dair iddiaların olduğunu yazır.

Avropa İnsan Haqları Məhkəməsində Ermənistanı təmsil edən Siranuş Saakyanın fikirlərini dərc edən qəzet Azərbaycanın guya irəli sürdüyü şərtləri açıqlayıb: “Əsirlərin(diversantların-red.) qaytarılması üçün Bakı 3 şərt irəli sürüb: Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılması, Tiqranaşenin(Kərki) qaytarılması və Şuşaya gedən Qırmızı Bazar yolunun Azərbaycanın nəzarətinə verilməsi.”



Sözügedən 3 şərtlə bağlı deyilənlərin nə dərəcədə həqiqətə uyğun olduğu bilinməsə də, “Kommersant”-ın istinad etdiyi Siranuş Saakyan bu məlumatları bir neçə mötəbər mənbədən aldığını deyib. Məlumatın dəqiq olduğuna şübhə etmədiyini bildirən Saakyan həm də “əvvəl hazırlanmış bir neçə sənəd layihəsi” ilə tanış olduğu üçün qeyd olunan şərtlərin irəli sürüldüyünü təsdiqləyə biləcəyini vurğulayıb, lakin söhbətin hansı sənədlərdən getdiyini söyləməyib.

Qəzet Azərbaycan XİN-ə bu məsələ ilə bağlı sorğu göndərildiyini qeyd edir. Və bildirir ki, qurum “RİA-Novosti”-nın sorğusuna cavab olaraq, sözügedən şəxslərin hərbi əsir hesab edilmədiyini və onların qanun qarşısında cavab verəcəyini açıqlayıb.

Bununla yanaşı, sözügedən 3 şərtlə bağlı təhlil aparan “Kommersant” yazır ki, əslində, onsuz da 10 noyabr razılaşmasında Ermənistan hərbi birləşmələrinin Rusiya sülhməramlılarının bölgəyə gəlişinə paralel olaraq, Qarbağdan çıxarılmasına dair müddəa var.

Qəzet bildirir ki, martın 23-də Rusiya və Ermənistan Müdafiə nazirləri arasında baş tutan telefon danışığında da bu məsələnin müzakirə olunduğu ehtimalı yüksəkdir.

Həmçinin qeyd olunur ki, Ermənistan hakimiyyətinin və qondarma qurumun bir çox nümayəndələri artıq Ermənistanda orduya çağırılan şəxslərin bundan sonra Qarabağa göndərilməyəcəyini təsdiqləyiblər. 

Qəzet onu da xatırladır ki, martın 19-da qondarma rejimin “Müdafiə Nazirliyinin” sabiq sözçüsü Senor Asratyan artıq Ermənistan silahlı qüvvələrinin hissələrinin Qarabağ ərazisindən çıxarılmasına başlanıldığını bildirib.


Əlavə olaraq, o da qeyd olunmalıdır ki, 10 noyabr sazişində regiondakı kommunikasiyaların açılmasına dair müddəa var və Şuşaya gedən Qırmızı Bazar yolunun açılması tələbi də bu müddəaya uyğundur. Kərki isə Azərbaycanın suveren ərazisinin tərkib hissəsi olduğu üçün əsl sahibinə qayıtmalıdır.

Xatırladaq ki, Azərbaycan tərəfi haqlı olaraq sözügedən erməni hərbçilərini Azərbaycan ərazisində terror, diversiya əməli törətmiş şəxslər qismində istintaqa cəlb edib. 

Yuxarıda qeyd edilən şərtlərsə zatən həm 10 noyabr sazişində nəzərdə tutulur, həm də söhbətin Azərbaycanın suveren ərazilərindən getdiyi nəzərə alınmaqla bu şərtlər ölkə qanunlarına uyğun olaraq, onsuz da yerinə yetirilməlidir.


BİA.AZ
скачать dle 12.1