Bia.Az

Son Dəqiqə!!! ERMƏNİLƏR QARABAĞDA YENİ TƏXRİBAT TÖRƏTDİLƏR - Bu dəfə "rus icması" adı altında...

Siyasət
 24-03-2021, 17:51     1 009

Ermənilər yeni təxribata əl atıblar - bu dəfə Qarabağdakı “rus icma”sı adı altında. Ermənistanı monoetnik ölkəyə çevirdikləri, hətta rusdilli məktəbləri bağladıqları halda iddia edirlər ki, Xankəndidə guya ruslar yaşayırmış, hətta müharibədən sonra rus icmasının sayca ikinci iclası keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. İddia olunur ki, “icma”nın iclasında Azərbaycanın “erməni kilsələrinə hücumlar”ı pislənilib. Dünyanın gözü qarısında Kəlbəcərdəki Xudavəng məbədindəki ikonaları, tarixi abidələri söküb Ermənistana daşıyan bu vandallar indi Azərbaycanı ittiham edirlər, özü də bu dəfə “rusca”!

Qarabağa Çar Rusiyasının bu ərazinin işğalından sonra qonşu ölkələrdən köçürülən ermənilərin varisləri iddia edirlər ki, rusların (?) Qarabağa köçürülməsi 1813-cü ildən başlanıb. Bu yolla onlar tarixi həqiqətləri ört-basdır etməklə özlərinin Qarabağın “sahibi” kimi təqdim etmək üçün həyasızcasına cəhdlər edirlər. Digər tərəfdən, işğal dövründə Qarabağdakı 67 məscidi yer üzündən silən, qalanlarında da heyvan saxlayan bu vəhşi toplum kilsə şivəni salmaqla nəyəsə nail olacaqlarını zənn edirlər. Özü də bu dəfə “Qarabağın rus icması”nın adı altında...

Heç şübhəsiz ki, bütün bunlar təsadüfi deyil. Bunu həm də Qarabağdakı Rusiya sülhməramlılarının gözünə girmək üçün edirlər. Bundan əvvəl Xankəndidə “ikinci rəsmi dil” nağılını ortaya atmışdılar. İddialar səslənirdi ki, rus dili Qarabağ ermənilərinin “rəsmi dili” ola bilər. İndi də “rus icması” adlı uydurmaya başlayıblar. Ermənilərin ruslara “qayğı”sına şahidlik etmək üçün Ermənistanda qapadılan rus məktəblərinin, rus kanallarının siyahısına diqqət etmək yetərlidir. Qarabağda bir ovuc ermənini güclə saxlayıblar, o ki qala ruslar burada yaşasın...

Yeri gəlmişkən, iki gün əvvəl sülhməramlılar 100-dən artıq ermənini qabağına qatıb Kəlbəcərə, oradan da Xocavəndə apardı, kilsələri ziyarətə. Qədim alban kilsələrini talayan, işğal illərində ora saxta yarlıqlar yapışdıran ermənilər “həftə səkkiz, mən doqquz” guya “ziyarət”ə gəlirlər. Bununla kilsələrə sahiblənmək iddialarını nümayiş etdirirlər, həm də xristian dünyasına mesaj verirlər. Bunların sonuncu ümid yeridir, başqa cür dəstək qazana bilmirlər. Yenə də kilsə söhbətini ortaya atıblar ki, xristian təəssübkeşlərindən dəstək gəlsin. Özü də bu dəfə “rus icması” adı altında...


BİA.AZ
скачать dle 12.1