Bia.Az

“Tezliklə pensiyaçı olacam” - Lukaşenko Baydeni lağa qoydu

Dünya
 23-03-2021, 18:59     378

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə pensiya yaşının artırılması ehtimalı ilə bağlı məsələyə aydınlıq gətirərkən maraqlı açıqlamalar verib.

“AzPolitika.info” Belarus mətbuatına istinadla xəbər verir ki, Lukaşenko Minskdəki müəssisələrdən birinin kollektivi qarşısında çıxışı zamanı pensiya yaşının artırılmayacağını və özünün də tezliklə pensiyaya çıxacağını deyib: “Mən özüm sizinə birgə tezliklə pensiyaçı olacam. Məgər 80 yaşıma kimi işləyib, 80 yaşımda pensiyaya çıxmalıyam?”

Aleksandr Lukaşenko çıxışında ABŞ Prezidenti Co Baydenin də “bostanına daş atıb”. Belarus Prezidenti deyib ki, vaxtında pensiyaya çıxmasa, onun üçün “yıxılmadan pilləkənlə təyyarəyə qalxmaq çətin olacaq.

Lukaşenkonun sözlərinə görə, Belarus hökuməti kişilər üçün 63 yaş, qadınlar üçünsə 58 yaş olan pensiya yaşını artırmaq fikrində deyil.

Onu da xatırladaq ki, Aleksandr Lukaşenkonun 67 yaşı var. Buna baxmayaraq, tezliklə pensiyaya çıxacağını deyən Belarus Prezidenti bunun konkret olaraq hansı tarixdə baş verəcəyini söyləməyib.скачать dle 12.1