Bia.Az

Bolqarıstanda hərbi zavodda qəza olub, yaralanan var

Hadisə
 11-03-2020, 17:11     342

Bolqarıstanda hərbi zavodda qəza olub, yaralanan varBolqarıstanda hərbi zavodda sexlərdən birində istehsalat qəzası nəticəsində azı 3 nəfər yaralanıb.

“bia.az” xəbər verir ki, məlumatı RİA "Novosti” yayıb.

Bildirilib ki, qəza martın 11-də səhər saatlarında Bolqarıstan paytaxtı Sofiyadan 250 km şərqdə yerləşən Mıqlij şəhərində “Arsenal” döyüş sursatları şirkətinin zavodunda baş verib.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Qəza baş verən sexin binasında dağıntı əmələ gəlib.скачать dle 12.1