Bia.Az

Abşeron rayon məhkəməsinin hakimi Cəmilə Səfiyevaya XATIRLATMA - Utanmasan, oynamağa nə var ki...?

Fakt
 23-03-2021, 01:05     2 651

Bu  məsəlin  nə  vaxt,  hansı  hadisəynən  əlaqədar  yaranıb  deyə  bilmərəm,  ancaq  "Kontakt- Home" mağazalar şəbəkəsinin 8 mart Beynəlxalq  qadınlar  günündə  və  Novruz bayramı  ərəfəsində  reklam  xarakterli  mesaj  göndərişlərini,   telefonumda  görəndə  ilk   yadıma   düşən,  başlığa  çıxardığım  məhşur  qınayıcı  məsəl  düşdü. Bunun,  elə bil  mənimlə "Kontakt- Home" arasındakı  münasibətə görə  işlədiblərmiş.

Ölkəmizdə  fəaliyyət  göstərən  bu tip  satış  mağazalar  şəbəkəsinin gözlərmizi  və  qulaqlarımızı  yağır  etmiş  aldadıcı  reklamına  aldanıb, uşaqların  istəyinə  uyğun " 20  yanvar" Metro stansiyası  yaxınlığında  "Kontakt-Home"  mağazalar  şəbəkəsindən,  17.03. 2018-ci  iltarixdə müqavilə  əsasında  " Hoffman" markalı   mobil   telefon  götürdüm. Bir  həftədən  sonra  eşitdim ki, telefon  işləmir. İşlərimdən imkan tapıb telefonu  götürdüyüm  mağazaya  apardım. Mənə  mağazada  bildirdilər ki, - "bizim  "Nizami" metro stansiyasından  aşağıda İXTİSASLAŞMIŞ təmir  üzrə  xidmət  servismiz  var. Aparın  verin ora, düzəltsinlər."

Hələ   ürəkləndirici  bir  fikirdə  söylədilər ki, sizin "zəmanət" kartıniz  var. Buna  görə müqavilə şərtinə əsasən  müəyyən məbləğdə ödənişlər  də  edirik. Düzü  bu  boyda  mağazanın,  bu  cür  xidmətinə  etiraz  əlaməti  olaraq  aşağdakı narazı  fikirlərimi  filal  rəhbərliyinə bildirdim. Vətandaş yüksək kefiyyət, yüksək  xidmət, vaxt  məhdudluğunu  azaltmaq, rahatlığna  rəğmən  aldadıcı reklamlara  uyub, ağır şərtlərlə  razılaşıb  ehtiyacı  olan malı, məhsulu  alır. Vay  o  günə ki, həmin malda, məhsulda  hər hansı  bir  çatışmamazlığ  və yaxarablığ hiss  edə. Qalacaq  qapılarda. Necə mən  qalmışam...

Nə isə, bundan  sonra  telefonu  həmin  servisdə  düzəltdirib,  ustadanda " sözlə" zəmanət  aldım ki, həmin  problemi bir daha yaşamayacağam. Bir həftədən  sonra  yenə  həmin  problemi  yaşadım. Qulağımı,  gözümü  yağır  etmiş  aldadıcı  reklamların  tələsinə düşüb, bu  dəfə  evdəkilərin  "təkliflər  paketinin" beyin  qabaredici  sözlərinə  məhkum  oldum. Yenidən  mağazaya  gəlib  bu məhsulu, malı dəyişmələrin, əvəzinə başqasını verilməsini  xahiş  etdim. Bunlar isə bunu edə  bilməyəcəklərini  diqqətimə  çatdırdı. Məcbur  oldum rəhbərliyin oturduğu  ünvanı  soruşdum. Axtarıb tapandan sonra  rəhbərliklə  görüşmək istədiyimi ofisin  foyesində   "məlumat" bürosunda oturan  xanıma çatdırdım. Foyedə oturan xanım  bundan  ötrü  ilk  öncə  burada hüquqşünaslığ  edən  şöbə  rəhbəri Əzim   müəllimlə görüşüb, danışmaq  lazım  olduğun  bildirdi.  Elə dayandığmız  foedə  otağında  danışdıqlarını eşitdiyim  

Əzim   müəllimin  yanında  olan,  mənim kimi  bir  müştərinin (danışıqlarından eşitdiklərimə əsaslanıb deyirəm) çıxmasını  gözlədim. Nəhayyət Əzim   müəllimlə görüşüb istəklərimi ona  çatdırdım. Əzim  müəllim  məndən bir həftə vaxt istəyib, rəhbərliyə mənim istəyimi məruzə edəcəyini, nə qərar veriləcəksə ondan sonra mənə zəng edib  məlumat  verəcəyini dedi. Bir həftədən  sonra mən  məcbur olub Əzim müəllimə rəhbərliyə mənim məsələmi məruzə etdikdən sonra  qəbul etdikləri qərarın nə olduğun soruşdum. Artıq  3- cü  ayın  kredit  şərtinə uyğun  ödənişini də  etmişdim. Əzim müəllim  bildirdi ki,  - "bəs rəhbərlik  bildirib ki, kredit şərtinə, zəmanətinə uyğun aparsın   versin təmir üzrə servisə  düzəltdirsin. Mən  başa düşdüm və eşitdiklərimə uyğun (tanıdığlarımdan  eşitmişdim ki, onlarında başına bu cür oyun açılıb, aparıb zay məhsulların, malların  üstlərinə atıb  çıxıb gediblər) məcburiyyət  qarşısında  qalıb, telefonu  götürdüyüm  filala  gəlib, telefonu qanunlara  uyğun AKT tərtib edərək  geri  götürmələrini  xahiş etdim. Onlarsa  bundan imtina etdi. Mən növbəti gün yanımda şahid gətirib, həm özümün şərlənməmə, həmdə qaytaracağım  zay malı, məhsulu qoyub  gedəcəyimə etibarlı  təminat  yaradım  deyə  qanunların  verdiyi imkandan  yararlanmağımı   düşündüm. Hansı ki, hələ buna  qədər başqa bir şahidin  yanında  bir dəfə də  həmin  filalın  rəhbəriylə görüşmüşdüm. Mən  bu cür, şahidimin  yanında "Kontakt-Home" nin, mənə  sırıdığı zay, kefiyyətsiz  malını  filalın  rəhbərinin  stolunun üstünə  qoyub  çıxdım....

Düzü buna qədər  görüşdüyüm bütün  rəsmi şəxslərə dəfələrlə bəyan  etmişdim ki, MƏN  YANIMDA  "XƏSTƏ"  GƏZDİRMƏYƏCƏM  Kİ...?
Bundan sonra mən  - REKLAMIN  TƏRS  ÜZÜ - - "KONTAKT- HOME" ZAY  MALINI  SIRIMAĞ  ÜÇÜN  MÜŞTƏRİ  AXTARIR"   VƏ
"QIZIL   ZƏMANƏT" LƏ  QIZIL-QIRMIZI  MÜŞTƏRİNİ   ALDADILIR- başlıqda  yazılarla  başıma  gətirilənləri  yazdım. Bununlada mən  zay telefon  üçün  ödədiyim  118  manatı  başıma  dolayıb, haram xoşları olsun deyib  arxasıyca  getmədim  və  telefonların qaytardığımdan ödənişdə etmədim...

BUNDAN  SONRA  YAXIN  ƏTRAFIMA,  DOST - TANIŞIMA  BU  FİRMANIN  ŞƏBƏKƏLƏRİNDƏN  MAL  GÖTÜRMƏMƏLƏRİNİ   BAŞIMA  GƏLƏNLƏRLƏ   İZAH  ETDİM...

BİR  DƏFƏDƏ  OLSUN  YOLUMUN  ÜSTÜNDƏ  OLAN  O  MAĞAZAYA  BELƏ DÖNÜB  BAXMADIM.

HƏTDA  HƏMİN  MAĞAZAYA  ÖDƏNİŞİ   OLAN  YAXIN  QONŞUMUN  ÖDƏNİŞİN  BELƏ  GÖTÜRÜB     MAĞAZAYA  GEDİB  ÖDƏMKDƏN  DƏFƏLƏRLƏ   İMTİNA  ETDİM....

Amma  Kontakt - home  mağazalar  şəbəkəsi  utanmayıb  dəfələrlə  mənə  mesaj  göndırib  zay  məhsullarını  sırımağa  dəvət  edirlər. ÖZÜDƏ   DOSTCASINA....

İKİ  İLDƏN  ÇOX   VAXT  KEÇMƏSİNƏ,  GÖTÜRDÜYÜM  ZAY  MƏHSULU  BELƏ  ÖZLƏRİNƏ  QAYTARMAĞIMA  BAXMAYARAQ  MƏNİ  MƏHKƏMƏYƏ  VERİR. UTANMIR  BU YANDANDA  MESAJ  GÖNDƏRİR...

Başa  düşdüm  ki,  utanmasan  oynamağa  nə  var ki.....?

P. S. Abşeron  rayon məhkəməsinin  hakimi  Cəmilə  Səfiyeva    "Kontakt-Höme" nin  zay, kefiyyətsiz, məhsulların, malların özlərinə  qaytarmağıma  baxmayaraq, 3 ayda ödəniş  etdiyim 118 manatımında onlarda olduğuna bilə-bilə qalan  pulun  tutulmasına, ödənilməsinə  qərar çıxarıb.

Nəyin pulun ödəməliyəm...?

Pulun  hissə-hissə, kredit  şərtiylə  ödəmək  üçün  müqavilə  bağlayıb  götürdüyüm   malı, telefonu  qaytarmışamsa (üstlərinə atıb getmişəmsə) mən  nəyin  pulun  ödəməliyəm... ?

"Kontakt - Home" nəyin  pulun istəyir...?

2 ildən  sonra  ağlına nə düşüb, nə fikirləşib...?

Hakim  bəs  nəyə  əsaslanıb  pulun  ödənilməsinə, qaytarılmasına  qərar çıxarıb...?

Elxas COMƏRD,
BİA.AZ
скачать dle 12.1