Bia.Az

DÜNYA ŞOKDA!!! PUTİN ÜCÜN “ƏCƏL ZƏNGİ” - “Bayden “qatil” adlandırdığı insanla çətin ki, bir masa arxasında əyləşsin”

Gündəm
 22-03-2021, 22:33     1 059

ABŞ Prezidenti Co Baydenin Rusiya Prezidenti Vladimir Putini “qatil” adlandırması və Putinin də onun səhhətinə və iş qabiliyyətinə rişxənd etməsi iki nəhəng nüvə dövləti arasındakı münasibətlərin ən gərgin mərhələyə qədəm qoymasından xəbər verir. 

Soyuq müharibə zamanı ABŞ və SSRİ liderləri bir-birlərini nə qədər sərt şəkildə ittiham etsələr də, rəqibə qarşı bu cür ağır ifadələr işlətməkdən çəkinmiş və hətta ən çətin anlarda belə dialoq qurmağa cəhd göstərmişlər.

Məlum olduğu kimi, onsuz da son illər ABŞ-Rusiya əlaqələri çox bərbad hala düşüb. Ağ Ev rəhbərinin qeyri-diplomatik açıqlamaları isə vəziyyəti daha da pisləşdirir. 

Co Baydenin işlətdiyi sərt ifadələr beynəlxalq ekspertlər tərəfindən də narahatlıqla qarşılanıb. Belə hesab edilir ki, ABŞ Prezidentinin böyük siyasi qarşıdurmaya səbəb olan qalmaqallı fikirləri strateji cəhətdən dünya nizamına ciddi təsir göstərəcək.
Hazırda sözügedən məsələ dünya mətbuatının ən qızğın müzakirə mövzusudur. “AzPolitika.info” bununla bağlı yaımlanan məqalələrdən bir neçəsinin maraqlı hissələrini  təqdim edir.

Məsələn, Almaniyanın “Die Welt” qəzeti “ABŞ Soyuq müharibənin qaydalarını unudub” başlıqlı məqaləsində yazır: ”Həqiqətənmi, Co Bayden xarici siyasət sahəsində təcrübəlidir? Əgər ABŞ prezidenti nüvə dövlətinin rəhbəri Valdimir Putini “qatil” adlandırırsa, onda o, bu hücumun hansı məqsəd güddüyünü və bundan sonrakı mərhələdə hansı siyasi addımlar atılacağını dəqiq anlamalıdır. Kənar müşahidəçilər üçün Amerika-Rusiya qarşıdurması bir-birilə söyüşən iki ticarətçinin bazar səhnəsini xatırladır.

Bəs, bu baş verənlər nəyə gətirib çıxaracaq? Ağ Evin yeni rəhbəri Moskva ilə danışıqlar aparılmasını mümkünsüz sayır. Co Bayden “qatil” adlandırdığı insanla çətin ki, bir masa arxasında əyləşsin.

Soyuq müharibəni dayandırmış bu iki böyük dövlətin həmin müharibənin qayda və qanunlarını necə tez unutması maraq doğurur. Con Kennedi, Henri Kissincer, Ronald Reyqan və Corc Buş SSRİ rejiminin ölümsaçan xarakterini yaxşı başa düşürdülər. Onlar qabaqlayıcı tədbirlər görməyin tərəfdarıydılar və həmişə öz müttəfiqlərini sovetlərdən qorumağa çalışıblar. Karib böhranından sonra ABŞ rəhbərliyi həmişə səy göstərib ki, Kremllə danışqlar aparılması üçün ipləri birdəfəlik qoparmasın.

Bəs, bu gün vəziyyət necədir? Ümid etmək istərdik ki, Kremllə Ağ Ev arasında əlaqə yaratmaq üçün hələ də “qırmızı telefon” xətti qalıb. Kennedi və Nikita Xruşşov bir dəfə bunu etməyi bacarıblar. ABŞ prezidenti Kennedi sovet liderinin QULAQ terroruna və çoxsaylı ölümlərə görə məsuliyyət daşıdığını bilsə də, bu əlaqəni yaratdı. Ümid edək ki, Co Bayden də həmin kateqoriyadan olan liderlərdəndir. Əgər belə deyilsə, onda yaxşı olar ki, o, 97 yaşlı Henri Kissincerə baş çəksin”.

Ukraynanın “Qlavred” analitik saytı isə “İki ssenari: Bayden və Putin arasındakı qalmaqal nəylə bitəcək” sərlövhəli məqaləsində hadisələrin hansı ssenari ilə gedəcəyini proqnozlaşdırır. 

Məqalədə deyilir: ”Deməli, belə çıxır ki, Bayden administrasiyası parçalanmış Amerikanı və parçalanmış Avropanı Rusiyaya qarşı “səlib yürüşü” ideyası altında bir yerə cəmləməyə cəhd göstərir. Tarix təkrarlanır, Amerika Avroatlantik birliyini xials etmək naminə “Soyuq müharibə-2” planını işə salıb. Yumşaq desək, bu, xeyli riskli addımdır. Hansı mümkün ssenarilər var?

Bədbin ssenari: Yaxın illərdə nə gözləmək olar?

- Rusiya və Çinin hərbi-siyasi ittifaq qurulmasına qədər yaxınlaşmaları.
- Rusiyanın Avropa Şurasını tərk etməsi.
- Rusiyanın “G-20” təşkilatından çıxması.
- Rusiyada ilk növbədə “twitter” başda olmaqla bir sıra ABŞ sosial şəbəkələrinin qadağan olunması.
- Rusiya və Ukrayna arasında genişmiqyaslı müharibənin başlanması. Bu müharibənin yekununda Rusiya Dnestryanı ərazilərə qədər Ukraynanın cənub-qərb hissəsini özünə bilrləşdirməyə cəhd göstərəcək.


Nikbin ssenari: Baydenin ”Putin ABŞ seçkilərinə etdiyi müdaxilənin hesabını ağır ödəyəcək” bəyanatından sonra real addımlar atılmayacaq və onu səhhəti ilə əlaqədər istefaya göndərəcəklər. Bundan sonra yeni administrasiya Rusiya ilə müəyyən dialoq qurmağa cəhd edəcək ki, bunun da nəticəsində Ukraynada müharibə olmayacaq.”

Türkiyənin “Sabah” qəzeti də bu mövzuya toxunub. “Putin ABŞ-ın Axilles dabanıdır” başlıqlı məqalədə deyilir: “Telekanalların birinə müsahibəsi zamanı Putini “qatil” və “ruhsuz” adlandıran Bayden bu sözlərilə, əslində çətin vəziyyətə düşmüş insanın necə tipik təşviş reaksiyası verdiyini nümayiş etdirib. 

Bayden Putinin 2016-cı il seçkilərinə müdaxilə etməsini və həmçinin də onun və oğlunun Ukraynada korrupsiyaya bulaşmaları barədə dezinformasiya yaydığını ittiham üçün əsas gətirir. Lakin əsl səbəb odur ki, Rusiya lideri ABŞ-ın yeganə fövqəldövlət hegemonluğuna son qoyub. Əgər məsələyə bu kontekstdən yanaşsaq, onda Putin məcazi mənada “qatil” adlandırmaq olar. Axı, Soyuq müharibədən sonra ABŞ-ın qurduğu qlobal hegemonluğu məhz bu şəxs öldürüb. Beləliklə də o, Sovet Rusiyasının qisasını alıb.

Gəlin xatırlayaq... Hələ 2007-ci ildə Münhendə keçirilən təhlükəsizlik konfransında Putin ABŞ-a meydan oxuyaraq bəyan etmişdi ki, dünyanı bir ölkə idarə edə bilməz. Sonra Rusiya 2008-ci ildə Gürcüstan müharibəsilə ABŞ-ın mövqeyinə sarsıdıcı zərbə vurdu. 2014-cü ildə isə Putin Ukraynaya müdaxilə etdi və 2016-cı ildə Suriyada Amerikanın terrorizmlə mübarizə strategiyasına son qoydu.

Bunları edən Rusiya lideri əlbəttə ki, iki mühüm oyunçu Çin və Türkiyədən dəstək aldı. Beləlkilə, çoxqütblü düyanın qapısı açıldı. İndi Rusiya artıq ABŞ-ın Hind-Sakit okean strategiyasını təhdid edir. Nəhayət, Rusiya ABŞ-ın Çinə qarşı yaratmaq istədiyi “Asiya NATO- su”nu çökdürdü. Rusiyanın təsirilə Hindistan Yaponiya və Avstraliyanın dəstəklədiyi bu layihəyə yaşıl işıq yandırmadı.

Hazırda Yaxın Şərq və Şərqi Avropadan sonra Rusiya hərbi-siyasi baxımdan ABŞ-ı Cənubi-Şərqi və Şərqi Asiyadan sıxışdırır. Rusiya ABŞ hərbi hegemoniyasının və təcavüzünün laxladılması strategiyasını həyata keçirir, özünün “S-400” və “S-500” kimi müasir silahlarını və həmçinin də atom enerji texnologiyasını Hindistan, İran, Şimalı Koreya, Çin, Misir, Səudiyyə Ərəbistanı və Türkiyə kimi ölkələrə təqdim edir.
Suriyanın Tartus portunda bazalaşmış Rusiya Sudanla da bu ölkədə 25 il müddətinə hərbi-dəniz donanması qurmaq barədə müqavilə imzalayıb. Liviyada və Afrikada aktivliyini artıran Rusiya həmçinin ABŞ-ın arxa bağçası sayılan Latın Amerikasında təsir imkanlarını getdikcə genişləndirir.

Putin Rusiyasının ixtiyarında olan bütün bu vasitələrə qarşı Bayden Amerikası “demokratiya və insan haqları” bəlağətini irəli sürür. Əslində, Bayden Putinə “qatil” deməklə, onun arzularını öldürənin adını çəkir ki, bu da ABŞ-ın geosiyasi məğlubiyyətinin növbəti etirafıdr”
Almaniyanın “Frankfurter Allgemine Zeitung” qəzeti isə ABŞ prezidenti Co Baydenin işlətdiyi ifadəni “axmaqlıq” adlandırıb. Bu qəzetin “Qatil kəlməsiylə ittiham etmək səhvdir” başlıqlı yazısında deyilir: ”Rusiya ilə bağlı siyasətdə sərt mövqe tutmaq vacibdir, ancaq Putinin ünvanına təhqir yağdırmaq işləri korlayır.

Co Baydenin Vladimir Putini “qatil” adlandırmasına haqq qazandıracaq çoxlu sayda səbəb var, lakin bu sözdən istifadə etmək axmaqlıqır. İndi kimsə Putini kəskin reaksiya verməkdə ittiham edə bilməz. Onu deyək ki, Rusiya rəhbəri hələ təmkinli cavab verib.
Rusiya ilə bağlı münasibətlərdə dəqiq, aydın və möhkəm mövqe gərəkdir. Şəxsi hücumlar tamamilə yararsızdır. Əvvəla, bunlar Rusiya təbliğatının irəliləməsi üçün onlara əlavə bəhanələr verir. İkincisi isə qarşılıqlı anlaşma qurmağın mümkün olduğu sferalarda dialoq yaranmasını mürəkkəbləşdirir.

Yaxşı olar ki, ABŞ və Avropa Kremldən və Pekindən gələn avtoritar çağrışlarla bağlı siyasətlərini razılaşdırsınlar. Burada iki şey vacibdir: öz dəyərlərinin və maraqlarının üstündə sərt şəkildə dayanmaq və bununla yanaşı, dialoqa açıq olmaq”

BİA.AZ
скачать dle 12.1