Bakı-İstanbul reysində DTX əməliyyatının - Avtobus partladılacaqdı » Beynəlxalq İnformasiya Agentliyi
Arxiv

Oxunub:293 / 28 okt 07:54hadise

Bakı-İstanbul reysində DTX əməliyyatının - Avtobus partladılacaqdı



Bakı-İstanbul reysində DTX əməliyyatının - Avtobus partladılacaqdı



















Azərbaycan Respublikası Dövlət Təhlükəsiziliyi Xidmətinin (DTX) bir neçə gün əvvəl terrorçulara qarşı keçirdiyi əməliyyatın bəzi təfərrüatı məlum olub.

Terrorçulardan "Ömər” ləqəbli A.Quliyev oktyabrın 26-da Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində zərərsizləşdirilib.

Belə ki, DTX əməkdaşları terrorçuluq fəaliyyətində şübhəli bilinən 21 yaşlı A.Quliyevin Bakı-Ələt yolunda hərəkətdə olan Bakı-İstanbul avtobusunda olmasını müəyyənləşdirib.

Əməliyyatçılar A.Quliyevi avtobusdan endirmək istəyərkən o, üzərində olan əl qumbarasını partlatmaq istəyərək müqavimət göstərməyə çalışıb: "Bu zaman DTX əməkdaşları yüksək peşəkarlıq nümayiş etdirərək avtobusda olan şəxslərin və Bakı-Ələt yolunda olan digər nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədi ilə "Ömər”ə atəş açaraq onu zərərsizləşdirib”, - deyə, hüquq-mühafizə orqanlarındakı mənbə vurğulayıb.

///"Report”