Bia.Az

“DAĞLIQ QARABAĞ - BU ÇOX MÜRƏKKƏB ƏMƏLİYYATDIR...” - Şoyqudan açıqlamalar (Yenilənib)

Dünya
 17-03-2021, 18:22     340

“Əgər Türkiyə ilə münasibətlərdən danışırıqsa bizim çox asan olmayan, çox çətin, lakin effektivli birgə əməkdaşlığımız mövcuddur. Çətindir ona görə ki, bizə mane olurlar. Həm də Türkiyənin NATO-ya üzv olması mane olur. Amma öz-özlüyündə deyərdim ki, hətta misilsiz təcrübədir, bir ölkə NATO-ya üzvdür, digər ölkə isə üzv deyil”.

Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Tengrinews” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya və Türkiyə mümkünsüz görünən yerdə də kompromislər tapmağı bacarırlar:

“Məsələn, İdlib deeskalasiya zonası. Ümumiyyətlə, Suriyada belə zonaların yaradılması, fikrimizcə, bu cür münaqişələrin həllində yeni səhifə və yeni mexanizmdir. Həm də birlikdə terrorçulara qarşı mübarizə aparırıq. Və bir çox keçid məntəqəsini tənzimləyirik və nəzarət edirik, qaçqınlarla birlikdə məşğul oluruq”.
"Sonuncu iş isə şübhəsiz ki, Dağlıq Qarabağdır. Bu, belə götürəndə çox mürəkkəb əməliyyatdır. Mən bunu məhz belə adlandırardım. Çünki bu əməliyyatda nəhəng miqdarda arqumentlər, motivlər, elementlər işə salınmışdı."- deyə, Sergey Şoyqu bildirib.
Rusiyanın müdafiə naziri Putinin müharibənin dayandırılmasındakı rolundan da danışıb: “Bizim prezident, hansı ki, inanın mənə, bütün bunların baş tutması üçün titanik səylər göstərdi. Üstəlik hamını yola gətirmək lazım idi. Yəni elə bir adam yox idi ki, desin: “Mən razıyam, ancaq onları da yola gətirin”. Yox, şəksiz ki, hamını yola gətirmək lazım gəlirdi. Və biz müdafiə nazirləri səviyyəsində türkiyəli həmkarlarımızla da danışırdıq. Lakin bu gün əldə olunan nəticə budur ki, birincisi, adamlar bir-birini öldürməyi dayandırıblar. İkincisi, mən ümid edirəm ki, onların artıq ikitərəfli təmaslar qurmasının və bir-birləri ilə danışmasının vaxtı çatıb. Mən Azərbaycanı və Ermənistanı nəzərdə tuturam”,-Şoyqu deyib.
O, əlavə edib ki, burada Türkiyə ilə Rusiyanın münasibətlərindən çox şey asılıdır.
“Habelə yeni oyunçular, köhnə qonşular öz təklifləri ilə ortaya çıxır. Mən İranı nəzərdə tuturam. Bu, infrastrukturun inkişafıdır, dəmir yollarının, hidroenergetikanın, nəqliyyat əlaqələrinin inkişafıdır. Çoxlu suallar var”,-Rusiya müdafiə naziri bildirib.скачать dle 12.1