Bia.Az

Nazir: "Qazaxıstan OPEC+ çərçivəsində konsensusun tərəfdarıdır"

İqtisadiyyat
 11-03-2020, 16:21     373

Nazir: "Qazaxıstan OPEC+ çərçivəsində konsensusun tərəfdarıdır""Qazaxıstan OPEC+ formatı çərçivəsində qarşılıqlı faydalı konsensus əldə olunmasında maraqlıdır".

“bia.az” “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin energetika naziri Nurlan Noqayev bildirib.

“Qazaxıstan konsensusun tərəfdarıdır. Biz hamımız başa düşürük ki, razılıq və qarşılıqlı razılaşdırılmış hərəkət olan yerdə həmişə gələcəyi müəyyənləşdirmək imkanı olur. Qazaxıstan qəbul edilən qərarların bütün tərəfləri məmnun etməsinin tərəfdarıdır”,- nazir bildirib.

Qeyd edək ki, OPEC+ formatı çərçivəsində hazırki razılaşma gündəlik hasilatın 1,7 mln. barel azalmasını nəzərdə tutur və bu sazişin müddəti bu ayın sonunda bitir. Lakin martın 6-da Vyanada keçirilən görüşdə sazişin gələcəyi ilə bağlı razılığa gəlinməyib. Görüşdən öncə neft hasilatının gündəlik daha 1,5 mln. barel azaldılması və mövcud sazişin müddətinin ilin sonuna qədər uzadılması ilə bağlı təklif edilib.

OPEC+ çərçivəsində razılığın əldə olunmamasından sonra dünya bazarında neftin qiyməti kəskin azalmağa başlayıb və bazar ertəsi neftin qiymətində 25% azalma qeydə alınıb. Hazırda "Brent" markalı neftin qiyməti 37,03 dollar/barel, WTI markalı neftin qiyməti isə 34,13 dollar/barel təşkil edir.скачать dle 12.1