Bia.Az

"POSTLARDAN ÇƏKİLİN, QAFANI ARTIQ VERİBLƏR..." - Erməni əsgərlər bölgəni tərk edir + VİDEO

Bölgə
 15-03-2021, 13:07     407

Ötən gün sosial şəbəkələrdə Ermənistan ordusunun Azərbaycanla sərhəddə, Qafan şəhəri ətrafındakı postlarından birində dayanan hərbçilərinin acınacaqlı vəziyyəti barədə qalmaqallı videorolik geniş rezonans doğurub.

Metbuat.az erməni KİV-lərinə istinadən xəbər verir ki, həmin videoda acınacaqlı vəziyyətdə görünən hərbçi rabitə əlaqələrinin, silahlarının olmadığını bildirir.

“Əmr verdilər, postlardan çəkilin, çünki Qafan artıq verilib. Üç tərəf türklərin (azərbaycanlı) postlarıdır. Onların hər postunda 50-60 nəfər var, biz isə cəmi 9 nəfərik” - erməni hərbçilərindən biri belə deyib.

Qeyd edək ki, videorolikin yayılmasından sonra Ermənistan Baş prokurorluğu araşdırma başladıb, postun komandiri isə hərbi polisə çağırılıb.
Məsələ ilə bağlı Ermənistanın hüquq müdafiəçisi Ruben Melikyan bildirib ki, postun komandiri Artak Arutyunyan gecə yarısı hərbi polisə çağırılıb.

“Mən başa düşə bilmirəm ki, post komandirinin hərbi polisə çağırılması nəyə lazımdır. Çünki qaldırılan problem qismən də olsa yerli imkanları ilə həll edilə bilər”.скачать dle 12.1