Bia.Az

SON DƏQİQƏ!!! BMT-də Azərbaycanın maraqlarına cavab verən bəyannamə qəbul olundu

Siyasət
 8-03-2021, 16:27     288

Martın 7-dən başlayaraq Yaponiyanın Kyoto şəhərində BMT-nin Cinayətkarlığın Qarşısının alınması və Cinayət Ədliyyəsi üzrə 14-cü Konqresi davam edir.

"Report"un məlumatına görə, Konqres zamanı qlobal cinayətkarlıqla mübarizə üzrə səylərin gücləndirilməsinə yönəlmiş Kyoto Bəyannaməsi qəbul olunub. Bu 5 illik proqram xarakterli mühüm sənəddə Azərbaycanın təkliflərinə əsasən milli maraqlarımıza cavab verən bir sıra müddəalar əksini tapıb.

Qeyd edək ki, martın 12-nə qədər davam edəcək Konqresdə Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədovun başçılıq etdiyi, tərkibinə XİN, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun məsul şəxslərinin daxil olduğu nümayəndə heyəti təmsil edir.скачать dle 12.1