Bia.Az

YAP-ın QURULTAYI BAŞA ÇATDI - Siyasi Şura ləğv edildi, İdarə Heyətinin tərkibi dəyişdi... + FOTOLAR (Yenilənir)

Gündəm
 5-03-2021, 13:45     270

Hakim Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayı başa çatıb.

Trend xəbər verir ki, partiyada YAP-ın yeni İdarə Heyəti formalaşıb. İdarə Heyətinin tərkibi 20 nəfərdən 40 nəfərə çatdırılıb. Habelə Mərkəzi Nəzarət-Təftiş Komissiyası formalaşdırılıb, partiyanın yeni nizamnaməsi qəbul olunub.

Qurultay partiyanın Siyasi Şurasının ləğv edilməsi haqda da qərar çıxarıb. Əvəzində Veteranlar Şurası yaradıb. Bu şuranın sədri keçmiş deputat Arif Rəhimzadə seçilib.

İclasda İdarə heyətinin sədr müavini Əli Əhmədov seçilib.

İclasda partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyası formalaşıb. Təftiş Komissiyasına isə sədr seçilməyib.
Növbəti iclasda Təftiş Komissiyasına da sədr seçiləcək.






скачать dle 12.1