Bia.Az

Adam işsiz qaldıqca peyvəndə münasibəti dəyişir – Tədqiqat

Cəmiyyət
 3-03-2021, 10:38     258

Pandemiya dövründə adamlar həssas, qeyri-sabit vəziyyətə düşdükcə, məsələn, işsiz qaldıqca peyvənd olunmağa daha çox meyllənirlər.

Novator.az saytı “Yerusəlim Post” qəzetinə istinadla xəbər verir ki, bunu İsrailin Qaliley Tibb Mərkəzinin, Bar-İlan adına Universitetin tibb fakültəsinin və Birləşmiş Ərəb Əmirliklərinin Körfəz Tibb Universitetinin birgə apardığı araşdırma üzə çıxarıb.
Araşdırmanın nəticəsi “Frontiers of Medicine” jurnalında dərc olunub.
Araşdırma zamanı tədqiatçılar əsasən İsrailin diş həkimləri və damaq cərrahlarını diqqətə alıblar. Çünki pandemiya zamanı təcriddən ən çox bu peşə sahibləri əziyyət çəkiblər. Tədqiqat göstərib ki, diş həkimləri və damaq cərrahları digər peşə sahiblərindən iki dəfə artıq peyvənd olunmağa can atırlar.
Mütəxəssislər bunu belə izah edirlər ki, peyvənd olunmaq istəyinin kökündə iqtisadi stimul da dayanır. Əhalinin böyük qisminin peyvənd olunması isə iqtisadiyyatın bərpasına ümid yaradır. Ona görə də pandemiyadan daha çox zərər görənlər, xüsusilə işsiz qalanlar peyvəndlənməyə başqalarından artıq meyllənirlər.
Araşdırmanın iştirakçılarından olan doktor Amiel Dror deyib: “Biz kütləvi peyvəndlənməni təbliğ etmək, adamları peyvəndlənməyə cəlb etmək üçün daima stimul axtarırıq. Tədqiqatlar göstərir ki, insan üçün ən böyük stimul onun iqtisadiyyata dəstək vermək iqtidarında olmasıdır. Diş həkimləri adətən aylıq xərclərini ödəmək və ehtiyatda pul saxlamaq gücündə olan peşə sahibləridirlər. Onlar bir müddət işsiz qalsalar belə aclıq çəkməyəcəklər. Amma hazırkı problem bu peşə sahibləri üçün də aktualdır. Onda bəs heç bir işi və pul ehtiyatı olmayan rəssam və ya kiçik dükan sahibi neyləməlidir?”
Birləşmiş Ərəb Əmirlikləri ilə İsrail arasında əlaqələr yenicə bərpa edilib, iki ölkə arasında anlaşma memorandumu imzalanıb. Sözügedən tədqiqat, yəni iki ölkənin tibb ocaqlarının birgə fəaliyyəti həm də bu baxımından maraq kəsb edir.скачать dle 12.1