Bia.Az

DƏHŞƏTLİ OLAY! Ermənilərin atdıgı “İsgəndər” raketi Bakı üzərində MƏHV EDİLDİ – SENSASİYA

Siyasət
 2-03-2021, 12:36     526

Ermənistan noyabrda Qarabağ müharibəsi zamanı Rusiya istehsalı olan ballistik “İsgəndər” raketini Bakını vurmaq üçün istifadə edib. Lakin raket Bakı üzərində Azərbaycan Ordusu tərəfindən məhv edilib.

BİA.AZ xəbər verir ki, bu sensasion materialı yüksək rütbəli məmura istinadla Britaniya nəşri "Middle East Eye" yayımlayıb.

“İrəvan “İsgəndər” ballistik raketi ilə atəşkəsdən bir neçə gün əvvəl Bakını vurmaq istəyib. Amma Azərbaycan Silahlı Qüvvələri tərəfindən istismar olunan HHM sistemi, daha dəqiq desək, İsrailin “Barak-8” sistemi onu havada məhv edə bilib”, - deyə britaniyalı məmur bildirib.

BİA.AZ xatırladır ki, ötən il noyabrın 9-dan 10-una keçən gecə, təxminən 1 radələrində Bakıda dəhşətli partlayış səsləri eşidilmişdi. Sonradan məlum oldu ki, Xırdalan ərazisində nəsə baş verib. Bu barədə rəsmi açıqlama olmasa da, Xırdalanın yaşayış az olan ərazisinə nəsə düşdüyü barədə sosial şəbəkələrdə məlumat yayıldı. Hətta fotolar da paylaşılmışdı.
Çox güman ki, fotolarda əks olunanlar raketin hissəcikləri olub.

Onu da bildirək ki, həmin gecə ermənilər tərəfindən Bakıya “İsgəndər” raketinin atıldığını əks etdirən görüntülər də yayılmışdı.Bakupost


BİA.AZ
скачать dle 12.1