Bia.Az

Bakının mərkəzində sürücülər təhlükə ilə üz-üzədir - VİDEO

Gündəm
 10-03-2020, 19:00     347

Bakının mərkəzində sürücülər təhlükə ilə üz-üzədir - VİDEO

Bakının Heydər Əliyev prospektində olan dəmir maneə təhlükə saçır.

bia.az Xezerxeber.az-a istinadla xəbər verir ki, asqı qırıldığından bu yoldan istifadə edən sürücülər təhlükə ilə üz-üzədir. Çünki ağır dəmir maneə hər an düşə bilər.
Ərazidə olan iki dəmir maneədən biri tam sağlam olsa da, digərinin bir tərəfi sıradan çıxıb.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, "Xəzər Xəbər" məsələni qaldırdıqdan sonra əraziyə baxış keçirilib.

Problemin qısa zamanda həll edilməsi üçün Avtomobil Yolları Dövlət Agentliyinə məlumat verilib və əraziyə xüsusi qrup göndərilib.

скачать dle 12.1