Bia.Az

Minimal üstünlüklər

İdman
 18-02-2021, 11:06     343

UEFA Çempionlar Liqasının 1/8 finalında daha iki oyun arxada qalıb. Novator.az-ın məlumatına görə, fevralın 17-də keçirilən “Portu” (Portuqaliya) evdə “Yuventus”u (İtaliya) 2:1 hesabı ilə udub, “Sevilya” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) matçında qonaqlar üstün gəlib – 3:2.
16 fevral oyunlarında bu nəticələr qeydə alınmışdı:

“Barselona” (İspaniya) – PSJ (Fransa) 1:4

“Leypsiq” (Almaniya) – “Liverpul” (İngiltərə) 0:2.

Gələn həftə bu cütlüklər üz-üzə gəlir:

“Borussiya” (Mönhenqladbah, Almaniya) – “Mançester Siti” (İngiltərə)

“Latsio” (İtaliya) – “Bavariya” (Almaniya)

“Atletiko” (İspaniya) – “Çelsi” (İngiltərə)

“Atalanta” (İtaliya) – “Real” (İspaniya).

1955-ci ildə yaradılmış, 1991-ci ilə qədər Çempionlar kuboku adlanmış turnirdə “Real” 13, “Bavariya” və “Liverpul” 6, “Barselona” 5, “Yuventus” və “Portu” 2, “Borussiya” (Dortmund) və “Çelsi” 1 titula sahibdir.скачать dle 12.1