Bia.Az

Ermənistanda 228 İran vətəndaşı nəzarət altında saxlanılır

Dünya
 10-03-2020, 18:31     313

Ermənistanda 228 İran vətəndaşı nəzarət altında saxlanılırİrandan Ermənistan ərazisinə keçən bütün yük avtomobillərinin sürücülərini polis müşayiət edir və yerli həkimlər tərəfindən koronavirusla bağlı yoxlanılırlar.

“bia.az” “Panorama.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, ümumilikdə indiyədək 857 sürücü, 228 İran vətəndaşı koronavirusla bağlı tibbi nəzarət altında saxlanılır.

Ermənistanda koronavirusla bağlı keçirilən 211 testdən birinin nəticəsi müsbət olub.скачать dle 12.1