Bia.Az

Qubad İbadoğlu: “Mən deyirdim…”

İqtisadiyyat
 13-02-2021, 11:36     421

İqtisadçı Qubad İbadoğlu Təbii Resursların İdarəçiliyi İnstitutunun (NRGİ) “Riskli mərc: dövlət neft şirkətləri enerji keçidində” adlı hesabatından yazıb.

Novator.az-ın məlumatına görə, o yazır ki, hesabatda borcları dövlət gəlirlərinin 20 faizindən az olmayan dövlət neft şirkətlərinin ölkələri üçün əhəmiyyətli risklər yaratdığı qeyd edilir: “Bu kateqoriyada 49 şirkət arasında “Sonangol” (Anqola), “Staatsolie” (Surinam), SOCAR (Azərbaycan) və “Pemex” (Meksika) öndə yer alır. NRGİ analitiklərinin proqnozlarına görə, yaxın 10 ildə özünü doğrultmayan kapital xərcləri baxımından ən pis vəziyyət Mozambikin ENH və Azərbaycanın SOCAR şirkətlərində olacaq.

Bir sözlə, xarici analitiklər bu gedişlə SOCAR-ın özü ilə bərabər dövləti də batıracağını düşünür. Mən deyirdim SOCAR batacaq, inanmadılar, vaxtında tədbir görmədilər, indi əl-ayağa düşüblər”.

Neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, satışı və başqa məsələlərlə məşğul olan SOCAR 2020-ci il noyabrın 5-də qurum Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Bu il yanvarın 23-də qurumun Müşahidə Şurası yaradılıb. Müşahidə Şurasına sədrlik iqtisadiyyat naziri Mikayıl Cabbarova həvalə olunub.скачать dle 12.1