Bia.Az

METALLURGİYA SƏNAYESİ KİMİN TAPŞIRIĞI İLƏ VƏ NİYƏ MƏHV EDİLİB? - Sensasiyalı iddialar

Siyasət
 9-02-2021, 15:48     300

Rasim Məmmədov “Baku Steel Company”dən (BSC) uzaqlaşdırılacağını 2018-ci ildən sonra bilirmiş. Buna görə də ən müxtəlif yollarla özünü həbsdən qurtarmağa, gələcəkdə metallurgiya sahəsində şəxsən özünün bir zavodunun olmasına çalışırmış. Bu barədə müsavat.com. məlumat verib.

Qeyd edək ki, Prezident Adminstrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin ailə biznesinə daxil olan zavoda rəhbərlik edən Rasim Məmmədov çoxsaylı cinaayət əməlləri törətsə də, "patronunun" himayəsi ilə məsuliyyətdən kənarda qalıb. Hətta Ramiz Mehdiyevə xidmət edən müxtəlif vəzifə daşıyıcıları, deputatlar, media "kapitanları"  ilə ilə tez-tez görüşərək, ləkəli reputasiyasını təmizləməyə calışıblar. Bu gün bir qədər fərqli istiqamət tutublar. İndi bütün günahları Rasimin adına yazıb, Mehdiyevləri bu  işdən kənarda saxlamağa istəyirlər...
Müsavat.com-un iddiasına görə, R. Mənmədov 2019-cu ildə ona göstərilən etimad tamamilə itirib: "“Patronlarına”  "atıb”, gizli pul qazanması bilinib. Bundan sonra özlüyündə yəqinləşdirib ki, “Baku Steel Company”dən birdəfəlik uzaqlaşdırılacağı gün uzaqda deyil. Elə həmin günlərdə Suraxanı rayonu ərazisində Rasim Məmmədovun gizli saxladığı zavodda genişləndirmə işləri başlayıb. “Steel Company” adlanan zavod Rasim Məmmədov Bakıda metallurgiya zavodlarına və sexlərinə hücum etdiyi günlərdə qurulub. Hətta orada illərlə 3 növbəli iş rejimi tətbiq olunub".

"Rasim Məmmədovun gizli zavod saxlaması maraqlı mətləblərdən xəbər verir. Məlumata görə, həmin zavod “Suraxanı Əməliyyat Şirkətinin” bir addımlığındadır. İllərlə həmin zavodun sexlərində metal əridilib, armatur çəkilib. İndi məlum olur ki, Rasim Məmmədov gizli zavoduna “Steel Company” adını verməsini də təsadüf olmayıb. O, gizli zavodun adını “Baku Steel Company”nin adına uyğunlaşdırmaqla müxtəlif dövlət qurumlarının sorğu-sualından yayınmağa müvəffəq olur. Ona yaradılan şəraitdən özünün varlanması üçün geninə-boluna istifadə edib"- deyə, məlumatda qeyd olunur.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi məlumatına görə, Rasim Məmmədov külli miqdarda dələduzluq, külli miqdarda mənimsəmə və digər cinayət əməllərini törətməkdə ittiham olunur. İstintaqın Rasim Məmmədovun gizli zavodu ilə bağlı epizodu araşdırıb-araşdırmadığı haqda hələlik məlumat yoxdur.
"AzPolitika.info" xatırladır ki, Mehdiyevlərin himayəsində olduğu bildirilən Rasim Məmmədov 2010-cu ilin əvvəlindən başlayaraq Azərbaycanda metallurgiya sahəsini inhisara almaq üçün hərəkətə keçibHəmin vaxtlar Mehdiyevlər ölkədə söz sahibi olduğundan, R. Məmmədov qısa müddətdə buna nail olub. Onun rəhbərlik etdiyi dazbaşlar dəstəsi metallurgiya ilə məşğul olan sahibkarların obyektlərinə reyder hücumları edib, işi məcburi qaydada dayandırıblar. 

Zülfüqarlı qardaşlarının 3 zavodu böyük cinayətlər işlədilməklə Rasim Məmmədovun başçılıq etdiyi dazbaşların köməyi ilə əllərindən alınıb. Sahibkarların qara metal ehtiyatları talan edilib, metal istehsal edən, həmin dövr üçün son model texnoloji avadanlıqlar, istehsal xətləri sökülərək “Baku Steel Company”nin sobalarında əridilərək məhv edilib. 
Əlbəttə, kriminall ünsür olan Rasim Məmmədov belə böyük bir sahəni özbaşına inhisara götürməyi heç ağlına belə gətirə bilməzdi. Onun metallurgiya sahəsindəki rəqibləri sıradan çıxarmağa, həbsə atdırmağa isə gücü catmazdı. Bütün bunları "patronu" həyata keçirirdi ki, Rasim Məmmədov  bu sahəni tam inhisara ala bilsin. Ötən 11 il ərzində nəinki buna nail oldular, üstəlik ölkənin metallurgiya sahəsini tam məhv etdilər.
Onu da qeyd edək ki, bu "əməliyyatın" arxasında Mehdiyevlərin bağlı olduğu Rusiyanın maraqlarının dayanmasını da istisna etmək olmaz. Metallurgiya sahəsinin məhv edilməsi Rusiyanın ən azı Azərbaycanda böyük bir bazar əldə etməsinə səbəb olduğundan, bu ehtimal da araşdırılmalıdır...
Hər halda ölkənin metal boru bazarında tələbatı artıqlaması ilə ödəmək iqtidarında olan boru prokatı zavodlarının mövcud olmasına baxmayaraq onların daxili tələbatın çox cüzi hissəsi həcmində istehsal həyata keçirməsinin səbəbi də diqqətdən kənarda saxlanılmamalıdır.  Bunda məqsəd nə olub?
Sovet dövründə ölkənin ən iri metallurgiya müəssisəsi olan, 2013-cü ildə “Baku Steel Company” tərəfindən özəlləşdirilən “Azərboru”  o vəziyyətə gətirilmişdi ki, zavod stabil işləyə bilmirdi.  Ancaq müəssədə istehsalı bərpa etmək adı ilə banklarından 10 milyonlarla manar kredit götürülərək mənimsənilib. 2020-ci ildə “Azərboru” ASC maliyyə hesabatını açıqlayarkən məlum olmuşdu ki, zavod iflasa uğrayıb. 

Mənfi kapitalla (20,6 milyon manat) Azərbaycanın qara metallurgiyasının nəhəngi olan boru prokat zavodunun qısamüddətli öhdəlikləri 13 milyon manata çatırdı. 2019-cu ildə “Azərboru”nun gəlirləri 332 min manat (195 min dollar) təşkil edib. Bu vəsait əmək haqqına (263 min manat), vergilərə (48.3 min manat), sosial ödəmələrə (6.8 min manat) yönəldilib. İl ərzində zavodun digər əməliyyat gəlirləri 1 milyon manatdan çox olub. Halbuki “Azərboru” zavodunun əsası qoyulduğu gündən respublikanın ən rentabilli zavodları sırasında olub, məhsullarını keçmiş SSRİ-nin müxtəlif regionlarına və 40-a yaxın ölkəyə göndərilirdi.
Müəssisənin tam gücü ilə işlədiyi dövrdə illik istehsal gücü 800 min ton polad və 600 min ton hazır məhsul olmuşdu. 2013-cü ildə zavod Mehdiyevlərin himayəsində olan Rasim Məmmədovun idarəçiliyə keçəndən sonra isə borc içində itib-batırdı.
7 il ərzində zavodun acınacaqlı duruma düşməsini dövlət də görürdü. Ona görə də 2020-ci ildə səhmlərinin 100 faizi dövlət mülkiyyətində olan “Azərbaycan Polad İstehsalı Kompleksi” ASC-nin satınalma və logistika departamentinin direktoru Eldəniz Cəfərov rəsmi qəzetdə məqalə ilə çıxış etdi. 2011-ci ildə 90 min ton boru istehsalına nail olmuş “Azərboru”nun 2013-cü ildən etibarən qeyri-effektiv idarə edildiyini açıqladı. Müəssisənin borclarının yarandığını, işçi heyətinin azaldığını və nəticədə fəaliyyətini dayandırdığını qeyd etmişdi. Eldəniz Cəfərov təklif edirdi ki, zavodun fəaliyyətinin bərpası və onun effektiv işinin təmin edilməsi üçün “Azərboru” “müvafiq dövlət strukturunun”, yəni “Polad İstehsalı Kompleksi” ASC-nin tərkibinə verilməlidir. Bundan başqa, o “Bakı Poladtökmə” ASC-nin də “Baku Steel Company”nin mülkiyyətinə keçməsindən sonra pis idarə olunduğunu və bu üzdən bağlandığını qeyd etmişdi.
Aydın idi ki, “Azərboru”da baş verənlər Rasim Məmmədovun və onun hamilərinin maraqları çərçivəsindədir. Ancaq hansı maraqları?! Əgər Rasim Məmmədov və onun himayədarları qazanc əldə etmək məqsədi güdsəydilər, məntiqlə zavodu inkişaf etdirməli idilər. Ancaq onlar əksinə zavodu məhv ediblər. Deməli ortada başqa maraqlar olub. Bu isə onların əsl məqsədinin Azərbaycanda metallurgiya sənayesini məhv etmək olduğunu düşünməyə əsas verir. Nəyə görə, kimin tapşırığı ilə, bu araşdırılmalıdır...

Mehdiyevlərin himayəsi ilə Rasim Məmmədovun meytallurgiya sahəsində hökmranlıq etdiyi dövr bu sahənin böyük tənəzzülə uğradılması ilə yadda qalıb. Bu sahəni ayaqda tutan domna sobaları məcburən işini dayandırıb, hər bir ölkənin güclü iqtisadiyyatının varlığını göstərən ağır sənaye məhvə məhkum edilib.
Rasim Məmmədovun həbsindən sonra sahəni Mehdiyevlərin inhisarından çıxarmaq və inkişaf etdirmək olacaqmı? Bunu zaman göstərəcək...скачать dle 12.1