Bia.Az

"BMT-nin Dağlıq Qarabağa göndəriləcək missiyası Bakı və Yerevanla razılaşdırılır"

Siyasət
 6-02-2021, 15:47     281

BMT strukturları Azərbaycan və Ermənistanla kompleksli qiymətləndirmə missiyasının Dağlıq Qarabağa göndərilməsini razılaşdırmağa davam edir.


 Bunu cümə axşamı brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.


"İxtisaslaşmış beynəlxalq strukturların qatılmasını faydalı hesab edirik. Hazırda Beynəlxalq Qızıl Xaç Komitəsi Dağlıq Qarabağda və ətraf rayonlarda fəal iş aparır. BMT-nin ixtisaslaşmış qurumlarına gəlincə, BMT rəhbərliyi Azərbaycan və erməni tərəfləri ilə əlaqə saxlayır və Dağlıq Qarabağa hərtərəfli qiymətləndirmə missiyasının göndərilməsinin modallığını razılaşdırmaqda davam edir," - Zaxarova deyib.


Zaxarova vurğulayıb ki Rusiya humanitar yardımın göstərilməsinə dair bütün məsələlərdə BMT-nin Azərbaycan və Ermənistanla qarşılıqlı fəaliyyətini dəstəkləyir.


скачать dle 12.1