Bia.Az

"ÖTƏN İL 89 MİLYON ARTIQ VƏ ƏSASSIZ ÖDƏNİŞLƏR AŞKARLANIB" - 52 milyon manat məmurlar tərəfindən mənimsənilib

İqtisadiyyat
 6-02-2021, 01:01     402

“Dövlət büdcəsi xərclərinin daha səmərəli, qənaətli, məqsədyönlü istifadəsinin təmin edilməsi və izafi xərclərin qarşısının alınmasının qarşıya qoyulan əsas vəzifələrdən biridir".

 "Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Samir Şərifov rəhbərlik etdiyi qurumda keçirilmiş 2020-ci ilin yekunlarına və 2021-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş videoformatda geniş kollegiya iclasında deyib.

O, Nazirliyin struktur bölmələrinə və yerli maliyyə orqanlarına dövlət maliyyəsinin xərclənməsində, satınalma qaydalarına əməl edilməsində baş verə biləcək kənarlaşma hallarına qarşı barışmaz mövqe nümayiş etdirmələri, öz səlahiyyətləri çərçivəsində mübarizə aparmaları barədə konkret tapşırıqlar verib.
Nazir bildirib ki, 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin xərclərə nəzarətin daha da gücləndirilməsi, xüsusilə dövlət xətti ilə alınan mallara ciddi nəzarət olunması ilə bağlı tapşırıqları cari ildə fəaliyyəmizdə əldə rəhbər tutacağımız ən vacib istiqamətlərdən biri olacaq : 

"İlk növbədə, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar lüzumsuz ştatların artırılmasından çəkinməli, uzun müddət üçün istifadəyə hesablanan əsas vəsaitlərin, o cümlədən inventar, avadanlıq, nəqliyyat vasitələri alışları, həmçinin bir sıra cari xərclər, o cümlədən ezamiyyə, dəftərxana, təsərrüfat, nəqliyyat vasitələrinin xidmətləri xərcləri və digər xidmət və alışlar üzrə proqnozlaşdırma, həm də icra zamanı gərəksiz və izafi xərclərdən imtina etməlidirlər".

2020-ci il ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi ilə bağlı aparılan nəzarət tədbirlərindən danışan Kollegiyanın sədri bildirib ki, Nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidmətinin büdcə təşkilatlarında apardığı yoxlamalarda ümumilikdə 89,24 milyon artıq və əsassız ödənişlər aşkarlanıb, həmin məbləğdən 37,535 milyon manatını yoxlamaların gedişində təqsirkar şəxslərin bərpası təmin edilib.

Bu isə ötən il təxminən 52 milyon vəsaitin məmurlar tərəfindən mənimsənilməsinin aşkarlandığı deməkdir. скачать dle 12.1