Bia.Az

Milli Məclisin birinci vitse-spikeri kimdir? - Dosye

Siyasət
 10-03-2020, 11:30     435

Milli Məclisin birinci vitse-spikeri kimdir? - Dosye


Xəbər verdiyimiz kimi, YAP Milli Məclis sədrinin birinci müavini vəzifəsinə Əli Hüseynlinin namizədliyini irəli sürüb.

bia.az Axar.az-a istinadən xəbər verir ki, Əli Hüseynli 1968-ci ildə Bakıda anadan olub. 1985-ci ildə Binəqədi rayonu 135 saylı orta məktəbi bitirib.

1985-1986-cı illərdə Rusiyanın Kalinin vilayəti “Kalininselstroy” tikinti idarəsində fəhlə işləyib.

1987-ci ildə Kalinin Dövlət Universitetinin hüquq fakultəsinə daxil olub. 1988-1989-cu illərdə hərbi xidmətdə olub.

1993-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib.

1991-1995-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsində, 1995-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında, 1996-2000-ci illərdə isə Azərbaycan Respublikasının Milli Məclisində müxtəlif vəzifələrdə çalışıb.

Hüquq elmləri doktorudur.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri vəzifəsini daşıyıb. Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyəti rəhbərinin müavini olub.

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvüdür.

Ailəlidir, 2 övladı var.скачать dle 12.1