Bia.Az

Ağsu Rayon Mərkəzi Xəstəxanasında COVİD19 virusu əleyhinə vaksinlərin vurulması davam edir - FOTOLAR+VİDEO

Gündəm / Bölgə / Bia Tv
 26-01-2021, 13:05     752

Bu gün Ağsu Rayon Mərkəzi Xəstəxanasında yanvar ayının 21-dən başlayan COVİD19 virusu əleyhinə vaksinlərin vurulması ilə yerində tanış olmaq məqsədilə Xeberci.info olaraq xəstəxanaya ezam olduq. Xəstəxananın şəxsi heyəti üçün nəzərdə tutulan vaksinasiyada həkimlər, tibb bacıları, texniki işçilər könüllü şəkildə iştirak edirdilər. Koronavirusun törətdiyi xoşagəlməz statistikaya nəzər salsaq vaksinlərin vurulmasının əhəmiyyətini anlaya bilərik.
Xəstəxanada vaksinlərin vurulması üçün qeydiyyat, inyeksiya, gözləmə, təcili tibbi yardım otaqları ayrılıb. Növbəli şəkildə ayrılmış xüsusi rəqəmlərdən istifadə edərək xəstəxananın tibbi personalı və texniki işçiləri qeydiyyatdan keçdikdən sonra inyeksiya otaqlarına daxil olurlar. Burada xüsusi soyuduca saxlanılan vaksinləri birdəfəlik iynələr vasitəsilə müraciət edən tibb işçilərinə vururlar. Daha sonra 10 15 dəqiqə vaksin vurulmuş şəxs gözləmə otağında gözləyir. Əgər səhhətində hər hansı dəyişiklik yaranarsa, orada növbətçi həkim tərəfindən müdaxilə olunur, lazımı tibbi göstərişlər verilir. İndiyədək vaksinlərin vurulması zamanı hər hansı neqativ halla qarşılaşılmamışdır. Xəstəxanada vaksinlərin vurulması üçün yüksək şərait yaradan, aparılan işlərə birbaşa şəxsən özü nəzarət edən Ağsu Mərkəzi Xəstəxanası publik şəxsin direktoru Əli Hüseynova redaksiyamız adından təşəkkür edirik...























скачать dle 12.1