Arxiv

Oxunub:210 / 01 okt 10:06hadise

Bələdiyyə sədri qəza törədib, idarə rəisi ölüb



Bələdiyyə sədri qəza törədib, idarə rəisi ölüb

















Qazax şəhər Bələdiyyəsinə məxsus “Mercedes” markalı avtomaşının qəzaya düşməsi nəticəsində bir nəfər ölüb, digəri isə yaralanıb.

Qazax rayon Polis Şöbəsindən “Report”un Qərb bürosuna verilən məlumata görə, hadisə gecə saatlarında rayonun Çaylı kəndi ərazisində baş verib.

Qazax şəhər Bələdiyyəsinin sədri Oqtay Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomaşın idarəetmədən çıxaraq yolun kənarına aşaraq yanıb.

Nəticədə sürcü O.Hüseynov yaralanıb, avtomaşında olan sərnişin - Qazax rayon Mənzil Kominal Təsərrufat İdarəsininin rəisi Elşad Axundov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş verən avtoqəza ilə bağlı Cinayət Məcəlləsinin 263.2 (nəqliyyatda ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.