Bia.Az

Qeydiyyatlı partiyalar - AZƏRBAYCANDA

Siyasət
 24-01-2021, 18:02     266

BİA.AZ Ədliyyə Nazirliyinin dövlət qeydiyyatına aldığı 62 siyasi partiyanı təqdim edir.

Siyasi partiyalar qanunu 1992-ci ildən qüvvədədir, qeydiyyat prosesi həmin il başlayıb: Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Ana Vətən Partiyası, Milli Demokrat İdrak Partiyası, Azərbaycan Kəndli Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Müsavat Partiyası, Birlik Partiyası, Yeni Azərbaycan Partiyası rəsmiləşib.

1993-cü ildə bu partiyalar qeydiyyata götürülüb: Vahid Azərbaycan Milli Birlik Partiyası, Vahid Azərbaycan Partiyası (2020-ci ildən rəsmən Ağ Partiya kimi tanınıb), Demokratik Azərbaycan Dünyası Partiyası, Müstəqil Azərbaycan Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Ümid Partiyası, Qorqud Partiyası.

Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Kommunist Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası 1994-cü ildən qeydiyyatdadırlar.

1995-ci ildə bu partiyalar qeydiyyat şəhadətnaməsi alıb: Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası.

Sosial Ədalət Partiyası, Milli Konqres Partiyası, Vəhdət Partiyası 1998-ci ildə, Azərbaycan Respublikaçılar Partiyası, Azərbaycan Xalq Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası 1999-cu ildə rəsmiləşib.

2000-ci ildə Azərbaycan Demokrat Partiyası, Azərbaycan Mübarizləri Partiyası, 2002-ci ildə Ədalət Partiyası, Milli Vəhdət Partiyası, Müasir Müsavat Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası qeydiyyata alınıb.

Böyük Quruluş Partiyası, Azadlıq Partiyası, Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Tərəqqi Partiyası, Böyük Azərbaycan Partiyası, Azərbaycan Təkamül Partiyası, Vətəndaş Birliyi Partiyası 2005-ci ildə rəsmən tanınıblar. navator.az

BİA.AZ
скачать dle 12.1