Arxiv

Oxunub:268 / 30 sen 11:21siyaset, gundem

Çovdarovun Milli Məclisdəki ƏMANƏTİ - Onun səsi hələ də ucadan gəlir...



Çovdarovun Milli Məclisdəki ƏMANƏTİ - Onun səsi hələ də ucadan gəlir...

















70 saylı Masallı şəhər Seçki Dairəsinin deputatı, «Ştutqart» mağazalar şəbəkəsinin sahibi Nəriman Əliyevin adı son zamanlar bir sıra xoşagəlməz olaylarda hallanır. Belə ki, adıçəkilən deputatın MTN-in sabiq generalı Akif Çovdarovla işbirliyi və biznes ortaqlığında olduğunu iddia edən məlumatlı şəxsin paylaşdığı informasiyada deyilir ki, Nəriman Əliyev çətinə düşən kimi daim MTN generalının yardımlarından bəhrələnib.
Deputatın biznes sahəsindəki rəqiblərini məhz Akif Çovdarovun müdaxiləsi, onun güclü himayəsi sayəsində «neytrallaşdırdığını» iddia edən mənbənin sözlərinə görə, «Ştutqart» mağazalar şəbəkəsinin bu səviyyəyə gəlməsində, yəni bazarda mövqeyinin möhkəmlənməsində Akif Çovdarovun müstəsna əməyi olub.
Bu arada, son zamanlar adı ciddi biznes qalmaqallarda hallanan biznesmen-deputat Nəriman Əliyevlə bağlı bizimxeber.az-a kifayət qədər maraqlı informasiyalar daxil olub. Həmin bilgilərdə deyilir ki, Nəriman Əliyev icra başçısı olmaq üçün illərdir çaba göstərir. Lakin Masallının icra başçısı Rafil Hüseynovla aralarında olan ciddi konfliklər Nəriman Əliyevin qarşısını kəsir. Daha doğrusu, Rafil Hüseynovun biznesmen deputatla bağlı yuxarı instansiyalara göndərdiyi çoxsaylı müraciətlər az qala deputatı mandatsız qoyacaqdı. Lakin Nəriman Əliyev əlaqələrini işə salmaqla bu problemdən qurtula bilib. Deyilənlərə görə, o, rayonlardan birinin icra başçısı olmaq üçün yenidən mübarizəyə başlayıb. Yaxın aylarda Rafil Hüseynovun vurulacağını dəqiqləşdirən deputat prosessi bir qədər də sürətləndirməyə çalışır.
Məlumatda qeyd olunur ki, Nəriman Əliyev Astaraya icra başçısı getmək istəyir. Qəzənfər Ağayevin Astaradakı nöqsanlı fəaliyyətini hər yerdə qabardan Nəriman Əliyev bu rayonu nəzarətə götürmək istəyir. Astaranın səhrəd rayonu olması biznesmen deputatın işinə daha çox yarayır. Həmçinin onun Astarada böyük biznesinin olduğu da qeyd olunur. Hələ bu, harasıdır. Daxil olan informasiyalarda o da bildirilir ki, adı «MTN qalmaqalı»nda çəkilən Nəriman Əliyevin Dövlət Gömrük Komitəsinin müsadirə etdiyi bir çox malların satışını həyata keçirir. Hətta onun bu malları saxlamaq üçün Astara rayonunda böyük anbarının olduğu da deyilir.
Adıçəkilən deputatın 1985-ci ildə Bakı Ticarət Texnikumuna daxil olduğunu, 1998-2003-cü illərdə Rostov Dövlət Universitetinin hüquq fakültəsində təhsil aldığını, 1999-cu ildə «Nur-M» MMC adlı şirkət təsis etdiyini vurğulayan məlumatlı şəxsin iddiasına görə, Nəriman Əliyevin diplomu ilə bağlı kifayət qədər müəmmalı məqamlar mövcuddur: «Deyilənlərə görə, Nəriman Əliyev Rostov Dövlət Universitetində oxumayıb və aldığı diplom da saxtadır. Hətta bu iddianı irəli sürənlər onun ümumiyyətlə rus dilini bilmədiyini qeyd edirlər».
Mövzu ilə əlaqədar 7news.az-ın yayımladığı informasiyada isə bildirilir ki, ölkəyə İran İslam Respublikasından idxal olunan xurma və kişmişlə yanaşı, düyü məhsulu da Nəriman Əliyevin vasitəsilə gətirilir:
«Deyilənlərə görə, vaxtilə bu biznesdə deputat İrandan olan şəriki ilə çalışıb. Lakin günlərin birində şəriki ilə birlikdə deputat həbs edilib. Onlar dəbdəbəli ofislərdən başlarında qara maska ilə çıxarılıb. Deyilənə görə, onların vasitəsilə Azərbaycana gətirilən düyülərin içindən narkotik maddələr aşkarlanıb. Bu narkotiki düyü kisələrinin içinə deputat ortağının qoyduğunu bildirsə də, buna inanan olmayıb. Külli miqdarda pulun müqabilində deputatın ortağı azad olunub və İrana keçəndən sonra orada müəmmalı şəkildə dünyasını dəyişib. Şəriksiz qalan deputat bir müddət biznesindən də əlini üzüb. Deyilənə görə, sonradan Nəriman Əliyev Akif Çovdarova xod tapıb və onunla yaxınlaşıb. Nəticədə generala hər ay haqq vermək şərtilə biznesini davam etdirib».
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq