Arxiv

Oxunub:243 / 30 sen 10:26iqtisadiyyat

Benzinin qiyməti endirildi...



Benzinin qiyməti endirildi...

















Sevinməyə tələsməyin, söhbət bizdən yox, İsraildən gedir

Dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda qiymətlərin gündən-günə qalxdığı bir vaxtda İsraildə bəzi qiymətlər enməyə başlayıb.

Moderator.az -ın İsrail mediasına istinadla yaydığı xəbərə görə, bu günlərdə ölkədə benzinin qiymətinin endirilməsi barədə qərar verilib. Oktyabrın 2-ə keçən gecədən başlayaraq yanacaq doldurma məntəqələrində 95 markalı benzinin 1 litri 0.07 şekel(İLS)(0,03AZN) aşağı qiymətə satılacaq. Yaxud əvvəl 5,96 İLS (2,58 AZN) olan benzin indi 5,89 İLS (2,55AZN) olacaq.

Ümumiyyətlə, son illər İsraildə yanacaq və elektrik enerjosinin qiymətlərində enmə müşahidə edilir. Məsələn, 2015-cil ilin sentyabrında elektrik enerjisinin qiyməti təxm. 7 faiz, məişət qazının qiyməti isə təxm. 6 faiz endirilib. Düzdü, bu ölkədə qaz və işıq da Azərbaycandakından bir neçə dəfə bahadır. Amma buna rəğmən İsraildə orta aylıq əmək haqqı təxm. 2500 dollar, minimal maaş isə 2000 dollara yaxındır.

Eyni zamanda bəzi ərzaq qiymətləri ölkəmizlə müqayisədə xeyli ucuzdur.

Məsələn;
Alma və portağal eyni qiymətədir - 0,6-0,7 AZN;
Kartof- 0,3 AZN;
Yerli keyfiyyətli pendir- 7,8 AZN;
Yumurta- 1ədəd 0,12 AZN;
Toyuğun döş əti- 3,9 AZN;
Süd-0,7 AZN və s.

İsraildə 80 kv.m-lik mənzilin 1 aylıq kommunal xərci (su, işıq, qaz, zibil) təxminən 67 AZN-dir.