Bia.Az

Məktəb binasında yanğın

Hadisə / Şou
 9-03-2020, 14:58     476

Məktəb binasında yanğın

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Mingəçevir şəhərində Təhsil Nazirliyinə məxsus orta məktəbdə yanğın olması barədə məlumat daxil olub.

"bia.az"ın FHN-ə istinadən məlumatına görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

Ümumi sahəsi 175 m2 olan birmərtəbəli orta məktəb binasının (xarici və arakəsmə divarları yüngül konstruksiyalardan ibarət) yanar konstruksiyaları yanıb. Həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yaxınlıqdakı tikililər və ağaclar yanğından mühafizə olunub.скачать dle 12.1