Pensiyalar kəsiləcək - Ölkədəki böhrana görə » Beynəlxalq İnformasiya Agentliyi
Arxiv

Oxunub:268 / 23 sen 11:57dunya

Pensiyalar kəsiləcək - Ölkədəki böhrana görə



Pensiyalar kəsiləcək - Ölkədəki böhrana görə













Rusiyada Maliyyə Nazirliyi illik gəliri 500 min rublu (ayda təqribən 800 dollar) keçən pensiyaçıların pensiyasını kəsməyi təklif edib

Bu barədə “Vedemosti” yazır. Təklif hökumətə təqdim olnub və iki variantdadır. Daha yumşaq varianta əsasən illik gəliri 1 milyon rubl olan pensiyaçıların pensiya ödənişlərini dayandırmaq nəzərdə tutulur. Bu radikal addıma getməyə nazirliyi Rusiyada getdikcə dərinləşən böhran və büdcə kəsirinin şişməsi məcbur edib.

Bundan əlavə nazirlik təklif edir ki, aylıq gəliri 22 min rubla çatan pensiyaçılara fiksə edilmiş ödənişlər dayandırılsın. Bu qayda 2 milyon pensiyaçını əhatə edə bilər. Maliyyə Nazirliyi 2017-2019-cu illər federal büdcəsini balanslaşdırmaq üçün digər qənaət tədbirləri də təklif edir. Bildirilir ki, əgər illik gəliri 1 milyon rubla çatan pensiyaçıların pensiyaları kəsilsə bu, ildə 150 milyard rubla qənaət etməyə imkan verəcək.

“Gəlin düzünü danışaq, ildə bir milyon rubldan çox qazanan pensiyaçının dövlətdən pensiya almağa ehtiyacı yoxdur axı”-nazirliyin təşəbbüsünü şərh edən məmur qəzetə bildirib.

Bundan əvvəl hökumət pensiyaların sığorta hissəsi üzrə artımları ildə bir dəfə kompensasiya şəklində verəcəyini elan edib. Habelə pensiyaların yığım hissəsinin dondurulması daha bir il uzadılıb. Rusiya büdcə kəsirini örtmək üçün federal ehtiyatlarının üçdə birini cəmi bir ayda xərcləməli olub.

(virtualaz.org)