Bia.Az

“YAŞAT” FONDİNA RƏHBƏR TƏYİN EDİLDİ - Fondun komanda üzvləri müəyyənləşdi + ADLAR

Cəmiyyət
 8-01-2021, 14:12     655

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna ("YAŞAT" Fondu) rəhbər təyin edilib.

Bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Fondun rəhbəri vəzifəsinə Qarabağ qazisi Elvin Hüseynov təyin olunub.

Bundan başqa, Fondun müdir müavini vəzifəsi isə Rəbiyyə Cəfərovaya həvalə edilib. O, əvvəllər "ASAN Könüllüləri" Təşkilatının sədr müavini, daha sonra "ASAN məktub" layihəsinin rəhbəri vəzifəsində işləyib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu ("YAŞAT" Fondu) komandasının üzvləri də məlum olub.

Fondun komanda üzvləri aşağıdakılardır:

Elşad Haşımov Bahadır oğlu (Qarabağ qazisi);
Nəbi Şükürov Balakişi oğlu (Qarabağ qazisi);
Şahin Musavi Saleh oğlu (Şəhid Saleh Musayevin oğlu);
Elvin Mirzəyev İlqar oğlu (Milli Qəhrəman İlqar Mirzəyevin oğlu);
Əliağa Zeynalov Əsgərağa oğlu (Qarabağ qazisi);
Suma Qubadbəyli Ağabala qızı (Birinci Qarabağ müharibəsi veteranının qızı);
Könül Hüseynli İsmayıl qızı (Birinci Qarabağ müharibəsi veteranının qızı);
Samida Abdalova Nadir qızı (Xüsusi Təyinatlı Qüvvələrin qazisinin həyat yoldaşı);
Elşən Abdullayev Mehman oğlu (Şəhid Mehman Abdullayevin oğlu).

Qeyd edək ki, Qarabağ qazisi Elvin Hüseynov "YAŞAT" Fonduna rəhbər təyin edilib. Fondun müdir müavini vəzifəsi isə Rəbiyyə Cəfərovaya həvalə edilib.

Beləliklə, "YAŞAT" Fondu komandasının üzvlərinin sayı 11 nəfər müəyyənləşib.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında" fərman imzalayıb.
скачать dle 12.1